Əsas Səhifə > Partiya > "AMNESTY İNTERNATİONAL"DAN HAKİMİYYƏTƏ QARŞI ÇAĞIRIŞ
"AMNESTY İNTERNATİONAL"DAN HAKİMİYYƏTƏ QARŞI ÇAĞIRIŞ29-01-2013, 12:16 |
"AVROPA ŞURASI MÜDAXİLƏ ETMƏLİDİR" Şənbə günü Bakıda keçirilən dinc etiraz aksiyasında onlarla fəal saxlanılıb və beş nəfər həbs olunub. Bu, Amnesty International-ı Avropa Şurasını bu ölkədə söz azadlığının müdafiəsinə qalxmağa çağırmağa vadar edir. 80-ə yaxın dinc nümayişçinin həbsi (sonradan onlardan 30-u cəzalandırılıb) AŞPA Azərbaycanda siyasi məhbuslar haqqında qətnaməni qəbul etmədikdən bir neçə gün sonra baş verib. “AŞPA siyasi motivli həbslərlə bağlı qətnaməni qəbul etmədikdən dərhal sonra dinc nümayişçilərin həbsi vəziyyətin nə dərəcədə ciddi olduğunu göstərir”, - Amnesty International-ın Avropa və Mərkəzi Asiya üzrə direktoru Con Dalusen bildirib. “AŞPA həmməruzəçiləri Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəliklərinin monitorinqinə cavabdehdir. Pedro Aqramunt və Cozef Debono Qrex siyasi məhbuslarla bağlı alman deputat Kristof Ştrasserin təklif etdiyi qətnamənin əleyhinə çıxıblar. “Onlar bu məsuliyyəti öz üzərinə götürərək şənbə aksiyasında iştiraka görə həbs qərarlarının və cəzaların ləğvinə nail olmaq üçün müdaxilə etməlidirlər”, - Dalusen vurğulayıb. Şənbə günü Bakıda keçirilən nümayiş bir neçə gün öncə İsmayıllıda etiraz aksiyalarının zorakılıqla dağıdılmasına reaksiya idi. Polis yerli hakimiyyətin istefasını tələb edən əhaliyə qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib. İğtişaşlar zamanı bir neçə maşın və bina yandırılıb. Yüzlərlə adam saxlanılıb. “Amnesty International” İsmayıllı iğtişaşları ilə bağlı bir neçə adamın saxlanması və işgəncələrə, amansız davranışa məruz qalması barədə xəbərlərdən narahatlığını bildirir. Biz həmin şikayətlərin dərhal, qərəzsiz və effektiv araşdırılmasını təklif edirik”, - Dalusen vurğulayıb. “Bundan əlavə, biz Azərbaycan hakimiyyətini şənbə günü Bakıda dinc etiraz aksiyasında iştiraka görə həbs olunanların və cərimə edilənlərin barəsində qərarların ləğvinə çağırırıq”, - o vurğulayıb. Geri qayıt |