Əsas Səhifə > Sosial, Manşet > FARS-MOLLA REJİMİNDƏN DAHA BİR ABSURD ADDIM
FARS-MOLLA REJİMİNDƏN DAHA BİR ABSURD ADDIM30-01-2013, 10:49 |
RƏSMİ TEHRAN AZƏRBAYCANI İNSAN HAQQLARINI POZMAQDA İTTİHAM EDİR DİA.AZ: - Təbii ki, bu gün ölkəmizdə insan haqqlarının pozulmasına Norveç, Finlandiya və digər bu kimi Avropa ölkələrindən etirazların edilməsini hər kəs hər zaman normal qarşılayıb. Çünki həqiqətən də adları çəkilən ölkələrdə insan, insan hüququ faktoru çox mühüm bir mərtəbədədir. Dərd odur ki, az qala hər gün yüzlərlə günahsız insanı edam kürsüsünə çıxaran fars-molla rejim idə Azərbaycanda insan haqqlarının pozulmasından danışır, bunun qəbuledilməz olduğunu bildirir. Bəli, yanılmadınız… Bu gün Azərbaycana qarşı düşmən mövqeyini gizlədə bilməyən və Azərbaycanın bir dövlət olaraq varlığını hər zaman «İran» adlı absurd bir məkana təhlükə kimi qəbul edən fars-molla rejimi indi də öz aləmində guya ki, Azərbaycan türkünü aşağıladığını zənn edərək ölkəmizdə insan haqqlarının pozulmasından «NARAHATÇILIĞINI İFADƏ ETMƏYƏ» başlayıb. Belə yerdə deyirlər, dünya nədən dağılmır… Bu bir faktdır ki, əhalisinin böyük çoxluğu türk olan (40 milyondan artıq Azərbaycan türkü, 8 milyona yaxın qaşqay və digər türkdillilər red.) «İran» adlı dövlətdə türklərin hətta ən ibtidai haqqları belə tanınmayıb. Və bu gün məhz türk dilində oxumaq istədiklərinə görə, minlərlə oğulumuz fars şovinistlərinin qərarı ilə edam olunur, yüz minlər ölkədən qaçaq salınır. Hər halda, DİA.AZ olaraq «AranNews» portalında yer almış və növbəti fars şovinizmi həyasızlığı kimi qəbul olunacaq aşağıdakı məlumatın sizlər üçün də maraqlı olacağını zənn etdik: «İslam İnsan Hüquqları Komissiyasının şimal-qərb şöbəsinin elmi komitəsinin katibi doktor Cavanpur İran-Azərbaycan münasibətlərinə həsr edilmiş seminarda çıxış edərək iki ölkə münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsinə təkid edərək dedi: "Azərbaycanla münasibətlərin genişləndirilməsi siyasəti ölkənin elmi və media cəmiyyətlərinin Azərbaycan Respublikasında insan haqlarının durumuna diqqətsizliyə səbəb olmamalıdır". Doktor Cavanpur Azərbaycan Respublikasında pozulmuş insan haqlarının bir neçə nümunəsini sayaraq artırdı: "Son günlər bu ölkənin polis və təhlükəsizlik qüvvələri tacirlərin etirazlarına ən mümkün bərk qarşılaşma ilə cavab verdi, bundan qabaq əsgər ölümünə qarşı xalq etirazlarını əzdi, bir neçə gün bundan öncə isə İsmayıllı rayonunun əhalisinin istəklərinə onları döymək və həbs etməklə cavab verir". Doktor Cavanpur hazırda Bakı və digər şəhərlərdə həbsdə olan onlarla dindarın ən ibtidai hüquqlardan belə məhrum olması barədə məlumat verərək dedi: "Öz dini etiqadlarını müdafiə etdiyi üçün 12 il həbsə məhkum olunmuş Azərbaycan İslam Partiyasının sədrinə mətbuat imkanları yaradılmamış hətta, müalicə almaqdan məhrum edilmişdir". İslam İnsan Hüquqları Komissiyasının şimal-qərb şöbəsinin elmi komitəsinin katibi çıxışının sonunda Azərbaycan dövlətinin İslam və Avropa insan hüquqları təşkilatlarının bu mövzuda həssaslığına diqqət edəcəyinə ümidvar olduğunu bildirdi. Qeyd edək ki, bundan öncə də Avropa insan hüquqları təşkilatları Azərbaycan Respublikasının etiqad məhbuslarını siyasi məhbuslar adlandırmış və onların hüquqlarına riayət etməyi tələb etmişdir». Geri qayıt |