Əsas Səhifə > Güney Press, Üçüncü sektor > VİLYAM HACIYEVİN YALANININ ÜSTÜ AÇILDI-FOTOFAKT
VİLYAM HACIYEVİN YALANININ ÜSTÜ AÇILDI-FOTOFAKT30-01-2013, 11:36 |
FƏHLƏLƏRİN PULUNU İCRA BAŞÇISI MƏNİMSƏYİB Məlum olduğu kimi, hər il rayonların abadlaşdırılması və yenidənqurulması məqsədi ilə dövlət başçısı tərəfindən milyonlarla vəsait ayırılır. Lakin ayrılan həmin pulların böyük bir qismi yerli icra başçıları tərəfindən ya mənimsənilir, ya da təyinatından kənar xərclənir. İndiyə qədər mətbuatda bununla bağlı dəfələrlə maraqlı faktlar yayımlanıb və bu gün də proses davam edir. Bolgexeber.com-a daxil olan məlumata görə, abadlaşdırma və yenidənqurma işlərini həyata keçirmək üçün İmişli rayonuna da ötən il dövlət başçısı tərəfindən vəsait ayrılıb. Həmin pulun müxtəlif abadlıq işlərinə sərf olunması planlaşdırılıb. Lakin İmişlinin icra başçısı Vilyam Hacıyevin gördüyü «tədbirlər» nəticəsində tikinti işlərində çalışan 130-a yaxın fəhlə və usta bir neçə aydın pullarını ala bilmirlər. Saytımıza müraciət edən həmin işçilərdən biri Fariz Hüseynov bildirdi ki, onunla bərabər daha 29 fəhlə və usta sentyabr ayından bəri halal pullarını ala bilmirlər. Onun sözlərinə görə, İmişlidə yerin tametlə döşənməsi və digər işləri həyata keçirirlər. Bu işləri isə podratçı şirkət həyata keçirir. «Həmin şirkətin rəhbəri Müqayis adlı şəxsdir. Biz İmişlidəki tikinti və təmir işlərinə ötən ilin setyabrından başlamışıq. Həmin vaxtdan bu günə kimi, pullarımızı ala bilmirik». Fariz Hüseynov deyir ki, üzləşdikləri problemlə əlaqədar Prezident Admnistrasiyası və İmişli rayon İcra Hakimiyyətinə etdikləri müraciətlərin də nəticəsi olmayıb. «Əvvəlcə İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin və onun müavini Səfa Ağayevin yanında olduq. Onlar bizə vəd etdilər ki, pullarımız qısa müddətdə veriləcək. Amma bu günə qədər hələ də pulumuzu ala bilmirik. Prezident Admnistrasiyasına etdiyimiz müraciət də cavabsız qalıb. Podratçı şirkətin nümayəndəsi Müqayis müəllim də bizə deyir ki, o özü də çətin vəziyyətə düşüb. Çünki İmişli rayon İcra Hakimiyyəti görülən işlərin müqabilində ona 1 milyon manat borcludur. Amma həmin pulu vermir». Və bu gün Müqayis və digər 15 sahibkar Prezidentə, Zakir Qaralova və Eldar Mahmudova müraciətləri dərc olundu. Və məlum oldu ki, həqiqətən ayrılmış pullar İcra Başçısı tərəfindən mənimsənilib. Cünkü sahibkarlar tərəfindən ünvanlanan müraciətdə deyilir ki, onların gördükləri işlərin pulunu məhz Vilyah Hacıyev mənimsəyib. Şikayətçi bildirir ki, onlar halal pullarını almaq məqsədi ilə ailələri ilə birlikdə Bakıya gəlməyi planlaşdırırlar. Belə ki, fəhlə və ustalar İmişli rayon İcra Hakimiyyəti başçısı Vilyam Hacıyevdən şikayətçi düşməklə yanaşı, həm də haqlarını yürüş etməklə aramaq fikrindədirlər. «Bir neçə gün də gözləyəcəyik. Əgər pulumuzu verməsələr ailələrimizlə birlikdə Prezident Aparatının qarşısına yürüş edəcəyik». Məsələ ilə bağlı İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevlə də əlaqə saxladıqda İcra başçısı suala cavab vermək əvəzinə daha çox bizi hədələməklə məşğul oldu. O, bildirdiki onlar bizim işçilərimiz deyil. Və siz bunu yazsanız hamınızı məhkəməyə verəcəm. Bir dəqiqə gözləyin. Mən indi Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli ilə danışacam. Qoy, o sizi cəzalandırsın (!?)». Bu sözlərdən sonra redaksiyamıza İcra Başçısının yalanın üstünü açan fotolar daxil oldu. Daxil olan fotolar subut etdi ki, fəhlələrin və dövlətin pulunu mənimsəyən İcra başçısının özüdür. Əgər o belə pulları mənimsəməsə Bakının milyonerlər məhəlləsi sayılan “Gənclik”dəki 10 milyonluq evi və adı hərbi xidmətdə gedə-gedə özü bahalı maşınlarda gəzən oğluna pul vermək üçün Vilyam Haçıyevin bundan başqa əlacı yoxdur. Əməkdaşlarımız sahibkarlardan biri Müqayis Məmmədovla əlaqə saxladıq. Deyilənlər barədə danışmaq istəməsədə onda İmişli rayonunda gedən tikinti işləri ilə bağlı 300 dən çox fotonun olduğunu bildirdi. P.S. Doğrusu, bizi Vilyam Hacıyevin bizi məhkəməyə verəcəyi məsələsi qətiyyən narahat etmir. Çünki ortada fakt və şikayətçi var. Bizi narahat edən icra başçısının nə qədər «bilgili» olmasıdır. Yəni, onlayn və yazılı mətbuata Teleradio Şurası deyil, birbaşa Mətbuat Şurası nəzarət edir. Elə mətbuatla bağlı qərarları da Mətbuat Şurası çıxarır. Və bizimlə bağlı MŞ-yə şikayət edilərsə, o zaman buna da qəti etiraz etmirik. Sadəcə, maraqlı məqam odur ki, cənab Vilyam Hacıyev kompyüterlə, televizoru səhv salmaqdadır. Və bu səbəbdən də elə zənn edib ki, kompyüterlə izlədiyi Xəbər Portalımız elə telekanaldır. Çox hörmətli icra başçısı Vilyam Hacıyev, artıq dərəcədə xahiş edirik ki, müasir dünyanın tələblərini öyrənəsiniz. Diqqətinizə çatdırırıq ki, artıq dünya dəyişib və hazırda yazılı mətbuat və telkanallarla yanaşı, onlayn mətbuat da mövcuddur. Onlayn mətbuatı isə ancaq kompyüter vasitəsi ilə internetə qoşulmaqla izləmək mümkündür. Amma kompyüter televizor deyil. Geri qayıt |