Əsas Səhifə > Dünya > İRANDA SEÇKİQABAĞI DURUM GƏRGİNDİR

İRANDA SEÇKİQABAĞI DURUM GƏRGİNDİR


30-01-2013, 12:50
İRANDA SEÇKİQABAĞI DURUM GƏRGİNDİR
HƏYƏCAN TƏBİLİ ÇALINIR

Hazırda İranda vəziyyət qeyri-sabitdir. Bunu İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə xüsusi müşaviri Əli Əkbər Vilayəti deyib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Mehr agentliyi yazıb.
"Qarşıdakı prezident seçkiləri ərəfəsində mühafizəkarlar istənilən mübahisəli addımdan qaçmalıdırlar", - Vilayəti bildirib və əlavə edib ki, seçkilərin ikinci turunun keçirilməsinə ehtiyac olmaması daha məqsədəuyğun olardı, çünki bu, iğtişaşlarla nəticələnə bilər.
İranda növbəti prezident seçkiləri 2013-cü il iyunun 14-də keçiriləcək.
İranın keçmiş xarici işlər naziri Vilayəti habelə ölkənin bir sıra siyasi xadimlərinin bəhs etdikləri "azad seçkilər" mövzusuna da toxunub.
"Onlar azad seçkilər haqqında danışmaqla hətta başlamazdan əvvəl seçkilərin legitimliyini şübhə altında qoyurlar", - o deyib.
Vilayətinin sözlərinə görə, bu, mühafizəkarlar arasında birlik məsələsidir.
"Onların dairələrində intriqa var, lakin onlar bütün fikir ayrılıqlarını unutmalıdırlar", - o əlavə edib.
Koalisiyanın üç nümayəndəsi haqqında danışan Vilayəti bildirib ki, koalisiyanın hədəfi qarşıdakı seçkilərə layiqli namizədin seçimidir.
"Biz partiyalar deyil, adamlara tərəfdar çıxırıq. Əgər Konstitusiyaya inanan, ali liderə etibar edən, islama tərəfdar olan və Respublikaya inanan namizəd varsa, onda biz koalisiyadan olub-olmamasından asılı olmayaraq onu dəstəkləyəcəyik", - müşavir bildirib.

Geri qayıt