Əsas Səhifə > Dünya > SÖYÜN SADIQOVUN DOSTU HÖKUMƏTİ İSTEFAYA GÖNDƏRDİ

SÖYÜN SADIQOVUN DOSTU HÖKUMƏTİ İSTEFAYA GÖNDƏRDİ


31-01-2013, 10:52
SÖYÜN SADIQOVUN DOSTU HÖKUMƏTİ İSTEFAYA GÖNDƏRDİ
RAMAZAN ABDULLATİPOV İŞ BAŞINDA

Dağıstanın müvəqqəti rəhbəri Ramazan Abdullatipov hökumətin istefası barədə fərman imzalayıb.

Sənədə əsasən, müvəqqəti olaraq baş nazir müavini Muxtar Məcidov hökumətə rəhbərlik edir. O, yeni Nazirlər Kabineti formalaşana kimi öz funksiyalarını həyata keçirəcək.

Xatırladaq ki, yanvarın 28-də Rusiya Federasiyasının rəhbəri Vladimir Putin Dağıstan rəhbərliyini dəyişərək, Maqomedsalam Maqomedovu Prezident Administrasiyası rəhbərinin müavini, Ramazan Abdullatip müvəqqəti respublika başçısı seçib.

Dünən prezidentin Şimali-qafqaz federal əyalətində səlahiyyətli nümayəndəsi Aleksandr Xloponin Abdullatimpovu rəsmi şəkildə Dağıstan hökumətinə və Parlamentə təqdim edib. \ faktxeber \

DİA.AZ bildirir ki, mətbuata verdiyi son müsahibəsində Rusiya Azərbaycan Təçkilatları İttifaqının fəallarından olan və özünün antiAzərbaycan mövqeyi ilə diqqətə gələn Söyün Sadqıov Ramazan Abdullatipovu ağız dolusu tərifləmişdi və onun Azərbaycana dost olacağını söyləmişdi. Hər halda Söyün Sadıqovun "Azərbaycana dost" ifadəsinin hansı anlam kəsb etdiyini təxmin etmək çətin deyil.

Geri qayıt