Əsas Səhifə > Güney Press, Üçüncü sektor > "XƏZƏR"İN TELEAPARICISI HƏYATA QAYIDIR

"XƏZƏR"İN TELEAPARICISI HƏYATA QAYIDIR


31-01-2013, 10:58
"XƏZƏR"İN TELEAPARICISI HƏYATA QAYIDIR
HACI NURAN AVSTRİYADADIR

... Onun simasına sanki bir nuranilik həkk edilib. Çox düşündürücü baxışlara, sanki xəstələrin yarasına məlhəm olacaq səsə malikdir bu insan. Seçilənlərdəndir. Bəlkə də onun haqqında dərindən heç nə bilmirik, bir tamaşaçı kimi yalnız verilişlərdən izləmişik onu. Amma nədənsə efirdən belə insana qəribə hisslər ötürməyi bacarırdı. Tamaşaçı dərhal xeyirxahlığı, kimlərəsə əl yetirməyı, paklığa riayət etməyi, islami dəyərləri yerinə yetirməyi, ən əsası, Həcc ziyarətinə yollanmağı düşünürdü. Bu enerjini mənim kimi minlərlə insanlara ötürdüyünə əminəm...

Tanınmış teleaparıcı, xəstələrin, yardıma ehtiyacı olanların qəlbinə “Xeyir körpüsü” ilə yol salmağa çalışan, “Vətənimdir Azərbaycan” deyərək bütün dünyanı qarış-qarış gəzməklə Azərbaycanın dəyərli vətəndaşlarını tanıdan Hacı Nuran Hüseynov... O, ağciyərlərində ankoloji xəstəlikdən əziyyət çəkdiyi üçün hazırda Avstriyada müalicə olunur.

Və bu gün onun doğum günüdür. Həyatinin 36-cı baharına qədəm basır. Çətinliklə də olsa, qürbətdə də olsa, növbəti baharlarını qarşılamaqdan ötrü mübarizə aparır. O, yenidən sıralarımıza qatılmalıdır. Biz tamaşaçıları nurani görkəmli teleaparıcıya həsrət qoymamaqçün... Ona ehtiyacı olanlara yardım etmək üçün... Xəstələrə məlhəm tapmaq üçün...

Ad günün mübarək olsun, Hacı Nuran Hüseynov! Tezliklə növbəti verilişlərdə gürüşənədək!!!

Geri qayıt