Əsas Səhifə > Gündəm, Manşet > İKİ NAZİRİN QATILDIĞI MAFİYA İFŞA OLUNUB

İKİ NAZİRİN QATILDIĞI MAFİYA İFŞA OLUNUB


22-11-2011, 10:58
İKİ NAZİRİN QATILDIĞI MAFİYA İFŞA OLUNUB

ONLARA QARŞI GENİŞMİQYASLI ƏMƏLİYYAT HAZIRLANIR

DİA.AZ: - «Son günlər bir sıra məmurlara qarşı kampramat toplanması barədə xüsusi xidmət orqanlarına sifariş verilib. Araşdırılan məmurlar arasında hətta iki nazirin adı da var». Bu şok məlumatı redaksiyamıza hakimiyyət içindəki mötəbər mənbələr veriblər.

Məlumatlı qaynaq iddia edir ki, bütün bu araşdırmaların nə korrupsiyaya və nə də bir başqa ictimailəşmiş prosesə hansısa formada aidiyyatı yoxdur: «Məsələ tamam fərqlidir. Söhbət əxlaqdan gedir. Bu barədə hətta danışmağın özü belə qorxuludur. Çox dəhşətli cinayət əməlləri barədə «yuxarılar» məlumatlandırılıb. Və hətta 2-ci «Qara Kəmər» əməliyyatı da həyata keçirilə bilər.

Xatırladaq ki, 2005-ci ildə milli təhlükəizlik nazirliyi hüquq-mühafizə orqanlarında bir mafiyalaşmış dəstənin izinə düşdülər. Nəticədə daxili işlər nazirliyinin yüksək çinli zabiti Hacı Məmmədov və onunla bərabər DİN-in üst düzəyinə aid onlarla nüfuhlu sima hədəfə alındı. Lakin günü bu gün də bu məsələdə kifayət qədər qaranlıq məqamların olduğu bildirilir. Çünki mətbuatda Hacı Məmmədovun hələ də MTN-nin təcridxanasında saxlanılması ilə bağlı şübhəli məqamlara yer verildi. Və ortaya bir sual kimi qoyuldu ki, nədən bərasində hökm verilən bu qatı cinayətkara digər məhbuslardan fərqli münasibət var.

Yəni bütün bunlar onu göstərir ki, hələ də Hacı Məmmədovla bağlı məqamlara tam işıq salınmayıb. Bəzi mənbələr isə iddia edirlər ki, Hacı Məmmədovun hələ də MTN-də saxlanılması sırf olaraq onun təhlükəsizlik məsələsi ilə bağlıdır. Çünki hər köçürülmə xəbəri yayılanda Hacı Məmmədovun adından mətbuata belə bir xəbər ötürülür ki, onun həyatına təhlükə var. Yəni quldurbaşı özünü MTN-nin təcridxanasında tam təhlükəsiz hiss edir. Hətta buna rəğmən yenə də burada qaranlıq məqamları kimsə istisna etmir.

Son məlumatlardan isə aydın olur ki, bir qrup məmurun və eləcə də iki nazirin adının keçdiyi bir cinayətkar dəstə fəaliyyətdədir: «Həmin dəstənin əsas suçu qadın alveri və orqan mafiyası yaratmaqdır. Məsələ o qədər ciddidir ki, bu barədə yuxarı instansiyalara təqdim olunan faktlardan əksəriyyət dəhşətə gəlib. Çünki yüzlərlə gənc qızımızın başına müsibətlər açan, onların əksəriyyətinin ölümünə nədən olan quldur dəstəsinin tanınmış simalarının həmin nazirlərlə də dostluq münasibətləri var və eyni zamanda həmin nazirlərin dəstəyindən yararlanıblar».

Mənbə iddia edir ki, bu faktlar üzrə müvafiq hüquqi addımların atılması üçün xüsusi xidmət orqanları əmr gözləyirlər: «Əslində bu olaylar Hacı Məmmədovun törətdiyi cinayətlərdən də dəhşətlidir. Ona görə də işdə adları çəkilən nazirlər və məmurlar nəzarətə götürülüb. Onların bütün hərəkət trayektoriyaları izlənilir. Ola bilsin ki, yaxın günlərdə əmr verilsin».

Onu da xatırladaq ki, Hacı Məmmədovu ifşa edən «Qara Kəmər» əməliyyatı da bir günün içində planlaşdırılmamışdı. Və Hacı Məmmədovla bağlı məlumatların əslində MTN-də hələ 6-7 ay əvvəldən olduğu bildirilirdi. Lakin bu istiqamətdə araşdırmalar aparıldığından konkret tədbirlərin görülməsi yubadılırdı. Amma Hacı Məmmədovun nəhayətdə daha yüksək ranqlı məmurlara ilişməsi, onunla bağlı əməliyyatın start düyməsinin daha erkən basılmasına nədən oldu.

Anoloji əmrin hazırda da gözlənildiyini bildirən mənbəmiz onu da vurğuladı ki, bu işlə bağlı artıq xırda həbslər həyata keçirilib: «Bəlli cinayətkar dəstənin 3 nümayəndəsi həbsdədir və onların müvafiq ifadələri alınır».

Bizi izləyin…

Könül CƏLİLOVA - DİA.AZ

Geri qayıt