Əsas Səhifə > Partiya > BAŞQAN LƏNKƏRAN SƏFƏRİNDƏN VAZ KEÇMƏYİB

BAŞQAN LƏNKƏRAN SƏFƏRİNDƏN VAZ KEÇMƏYİB


31-01-2013, 11:06
BAŞQAN LƏNKƏRAN SƏFƏRİNDƏN VAZ KEÇMƏYİB
"BÜTÜN HALLARDA LƏNKƏRANA GEDİLMƏLİDİR"

Müsavat başqanının yenidən Lənkərana səfər etməsi gözlənilir.

Bu barədə “Qafqazinfo”ya açıqlamasında Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib.

Gülağa Aslanlı qeyd edib ki, bütün hallarda Lənkərana gedilməlidir: “Bizim hər dəfə Lənkərana getməyimizə süni əngəl yaratsalar da, biz məqsədimizdən dönməyəcəyik. Biz bu dəfə diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələrinə də bizimlə getmələri üçün müraciət edəcəyik. Qoy onlar da bu əngəlləri,polisin özbaşınalıqlarını gözləri ilə görsünlər”.
Gülağa Aslanlı bildirib ki, Lənkərana səfər etmək bir strategiyadır. Seçkiöncəsi digər rayonlara səfər etmək taktikasını da müəyyənləşdirəcəyik.

Geri qayıt