Əsas Səhifə > Gündəm, Manşet > FARS MOLLA REJİMİ NƏDƏN BELƏ ƏNDİŞƏ KEÇİRİR?

FARS MOLLA REJİMİ NƏDƏN BELƏ ƏNDİŞƏ KEÇİRİR?


31-01-2013, 11:43
FARS MOLLA REJİMİ NƏDƏN BELƏ ƏNDİŞƏ KEÇİRİR?
MOLLA MƏTBUATINDA DİA.AZ VƏ AZNEWS.AZ PORTALLARI HƏDƏFƏ ALINDI

DİA.AZ: - Deyəsən, Azərbaycanın xəbər portallarının İranın xüsusi xidmət orqanlarının təxribatçı xəbərlərinə operativ reaksiya və qiymət verməsi fars-molla rejimində bərk narahatçılıq yaradıb. Hər halda, bizim uydurma məlumatları həssas şəkildə dəyərləndirməyimiz məhz Azərbaycan türkünün milli dövlətçilik maraqlarına xidmət edir.

Amma təbii ki, bu rəsmi Tehranın heç də ürəyincə olmamalıdır və fars millətçiliyini Azərbaycan türkcəsində təbliğ edən «arannyus» kimi xəbər portallarında böyük təşviş yaradır. Elə İran mətbuatının son təxribatçı məlumatlarından birinə «DİA.AZ» və «aznewc.az» portallarında gərəkən dəyərin verilməsinə verilən reaksiyanı da bu qəbildən hesab etmək olar.

Adları çəkilən Azərbaycanın xəbər saytlarını «bu medialar iki ölkə münasibətlərinin məhdud qalmasına maraqlıdır» sualı ilə ittiham edən «AranNews» portalına yalnız bir cavabı verə bilərik: BİZ SUSMAYACAĞIQ VƏ SİZİN TƏXRİBATLARINIZA ANINDACA REAKSİYA VERƏCƏYİK. Həmin fars reaksiyasını olduğu kimi diqqətinizə təqdim edirik:

«Bəhmənin 8-də (27 yanvar) bazar günü Təbriz, Azərşəhr və Üskü əhalisinin İslami Şura Məclisində təmsilçisi və Sosial Siyasət Komissiyasının vitse-prezidenti Məhəmməd İsmail Səidi və bir sıra universitet müəllim və tələbələrinin, jurnalistlərin iştirakı ilə Təbrizdə İran-Azərbaycan münasibətlərinə həsr edilmiş seminar keçirildi. Bu seminara Azərbaycan Respublikasının saytlarında fərqli yanaşmalar oldu. Amma bu arada diqqəti çəkən bu saytlardan bəzilərinin seminarın mövzusunu əks cilvələndirməsidir. İki ölkə arasındakı münasibətlərin hərtərəfli genişlənməsindəki əngəlləri və problemləri tanımaq və onun aradan qaldırılması üçün həll yolları axtarılması istiqamətində keçirilən "İran-Azərbaycan Münasibətləri Seminarı" Azərbaycan Respublikasının bəzi saytları, o cümlədən "Aznews.az" və "dia-az.life" tərəfindən Azərbaycan əleyhinə adlandırılıb. Maraqlı burasıdır ki, bu saytların verdiyi məlum xəbərin mətnində Azərbaycan Respublikası və dövlət rəsmiləri əleyhinə heç bir material yoxdur.

dia-az.life saytı öz xəbərində İslami Şura Məclisində təmsilçisi və Sosial Siyasət Komissiyasının vitse-prezidenti Məhəmməd İsmail Səidinin səfəvilər və Şah İsmayıl Səfəvi barədəki açıqlamalarına işarə edərək onu "İran Şah İsmayıl Səfəviyə sahib çıxmaqdadır" adlandırıb. Bu başlıq tarixdən məlumatlı hər bir insanı təəccübləndirir. Çünki tarixi kitab və sənədlərə əsasən, bu mövzuda heç bir şəkk-şübhə yoxdur.

Bu seminarı əks etdirən xəbərlədə onun əsas mövzusunu-"İran və Azərbaycan münasibətlərinin hərtərəfli genişləndirilməsi" gizlətməklə, senimarın məqsədinin düzgün işıqlanmağına mane olmuşlar.

Azərbaycan mediasının təcrübəli media hərəkətinə uyğun olmayan bu rəftarı ortaya bir sual çıxarır; bunlar bir tərəfdən İranın Ermənistanla qonşuluqdan irəli gələn məhdud münasibətlərinə bərk etiraz edirlər, bir tərəfdən də İran-Azərbaycan münasibətlərinin genişləndirilməsinə aid seminarı düzgün əks etdirmirlər. Görəsən, bu mediaların maraqları iki ölkə münasibətlərinin məhdud qalmasındarımı?

Hər halda bu nöqtəni Azərbaycan medialarına xatırlamaq yerinə düşər ki, onlar hal-hazırda böyük imtahan qarşısındadırlar və o da İran və Azərbaycan münasibətlərinin bütün sahələrdə genişlənməsinə konstruktiv rol ifa etməkdir.

AranNews olaraq İran və Azərbaycan ölkələri və xalqları arasında münasibətlərin genişlənməsi istiqamətində zəminə yaratmaqda Azərbaycan Respublikasının bütün mediası ilə əməkdaşlıq etməyə hazır olduğumuzu bildiririk».

Geri qayıt