Əsas Səhifə > Dünya > RUSLAR BELORUSLARA GÜZƏŞT ETDİ

RUSLAR BELORUSLARA GÜZƏŞT ETDİ


22-11-2011, 11:07
RUSLAR BELORUSLARA GÜZƏŞT ETDİ

KREML LUKAŞENKONUN İSTƏYİNİ NƏZƏRƏ ALDI

Belarus 2012-ci ildə Rusiya qazını 2 dəfə ucuz alacaq.

Bu barədə “Vedomosti” qəzeti məlumat yayıb.

Tərəflər arasında keçirilən müzakirələrdə müzakirə olunan qiymət qazın hər min kubmetrinə görə 150 dollardan bir qədər artıqdır. Hazırda isə bu rəqəm 300 dollara yaxındır.

Bundan başqa, 2013-cü ildən Belarusun aldığı qazın qiyməti Rusiyadaxili tariflərdən çıxış edərək müəyyənləşdiriləcək. Gələn il Rusiyada qazın orta qiyməti 106-107 dollar təşkil edəcək. Bu qiymətə “Qazprom”un nəql, saxlama və reallaşdırma xərcləri əlavə olunacaq, növbəti illərdə isə qiymət inflyasiya səviyyəsində indeksləşdiriləcək.

Tərəflər arasında yeni qaz sazişinin Belarus prezidenti Aleksandr Lukaşenkonun noyabrın 25-də Moskvaya səfəri zamanı digər sənədlər paketi, o cümlədən “Beltransqaz”ın səhmlərinin 50%-nin Rusiyaya satılması barədə razılaşma ilə birlikdə imzalanması gözlənilir. Yeni saziş “Qazproma”a 3 mlrd. dollar zərər vuracaq. Lakin Belarusda pərakəndə satışda şirkətin payının olduğunu nəzərə alsaq, bu rəqəmin daha az olacağını güman etmək olar.

Qeyd edək ki, Rusiya və Belarus arasında hazırda qüvvədə olan qaz sazişinin müddəti 31 dekabr 2011-ci ildə bitir.


Geri qayıt