Əsas Səhifə > Dünya > TÜRKİYƏ YENİDƏN SİLKƏLƏNDİ

TÜRKİYƏ YENİDƏN SİLKƏLƏNDİ


22-11-2011, 11:34
TÜRKİYƏ YENİDƏN SİLKƏLƏNDİ

BU DƏFƏ EPİSENTR KAYSERİYƏ TƏSADÜF EDİB

Çərşənbə axşamı Türkiyənin Kayseri şəhərində 4,4 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend CNN Turk telekanalına istinadən məlumat verir.

İlkin məlumatlara görə, zəlzələ nəticəsində insan tələfatı və dağıntı olmayıb.

Oktyabrın 23-də Türkiyənin Van əyalətində 7,2 bal gücündə zəlzələ baş verib. Onun qurbanlarının sayı 600 nəfərdən çox olub.

Noyabrın 9-da Türkiyənin şərqində 5,7 ballıq zəlzələ qeydə alınıb. Erdemit və Van şəhərlərində ən azı 25 bina dağılıb, onların əksəriyyəti boş olub (adamlar oktyabrdakı 7,2 ballıq zəlzələdən sonra təxliyyə olunublar). Buna baxmayaraq, həlak olanların ümumi sayı 40 nəfər təşkil edib.


Geri qayıt