Əsas Səhifə > Sosial, Manşet > RAMİZ MEHDİYEVƏ QARŞI ŞOK İTTİHAM YAĞIŞI
RAMİZ MEHDİYEVƏ QARŞI ŞOK İTTİHAM YAĞIŞI1-02-2013, 11:23 |
PA ŞEFİ MN RƏHBƏRLİYİNƏ QARŞI BƏ DİGƏR TƏXRİBATLARDA SUÇLANIR DİA.AZ: - Redaksiyamıza Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə bağlı ilginc faktlar ötürüb. Verdiyi xəbərlərin yüzdə yüz həqiqət olduğunu bildirən mənbə DİA.AZ-a göndərdiyi məlumatlarının bu gün baş verən bir sıra hadisələrə işıq sala biləcəyinə inandığını da iddia edir. Beləliklə, redaksiyamızın əldə etdiyi bilgilərdə deyilir: “Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin qardaşı Fikrət Əliyev (bu adamın adı Elşad Abdullayevlə bağlı qalmaqalda da keçir –red.) Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi həkim komissiyasının rəisi təyin edilib. Bu addımı ilə Ramiz Mehdiyev əslində hələ dəb güc olduğunu nümayiş etdirir və həm da hərbi çağırış sisteminin onun nəzarəti altında olduğunu hər kəsə nümayiş etdirmiş olur”. Bu təyinatla Ramiz Mehdiyevin eyni zamanda Müdafiə Nazirliyinə qarşı apardığı mübarizədə də ciddi mövqelər əldə etdiyini vurğulayan mənbəmiz iddia edir ki, hətta bu yolla PA şefi Səfər Əbiyevə qarşı təxribatları da asanlıqla həyata keçirə biləcək: “Sözsüz ki, bundan sonra bütün xəstə uşaqlar qəsdən Müdafiə Nazirliyinə göndəriləcək və onlara bir şey olduğu təqdirdə dərhal Mehdiyev əlindəki mətbu və siyasi güc hesabına MN rəhbərliyi9nin üzərinə yeriyəcək. Yəni camaatın balası intiriqaların qurbanına çevriləcək. Ramiz Mehdiyev Müdafiə Nazirliyinə qarşı zaman-zaman gizli müstəvidə apardığı mübarizəni artıq açıq müstəviyə keçirib. Təsadüfi deyil ki, bu gün Ramiz Mehdiyevin həm müxalifətdəki, həm də iqtidardakı adamları sərt şəkildə Azərbaycan Ordusu zabitlərinin məlum bəyanatını tənqid ediblər. Hansı ki həmin bəyanat başdan-ayağa İlham Əliyevin müdafiəsinə həsr olunub. Məsələ burasındadır ki, deputatlar dövlətin zabitlərinin imza toplamasını tənqid edir, amma Yaşar Cəfərlinin müdafiə nazirinin istefası ilə baglı imzatoplama kanpaniyasından bir kəlmə də danışmırlar. Bu isə Ramiz Mehdiyevin acıq şəkildə hücuma kecdiyinə sübutdur. Qeyd edək ki, mətbuatda əsgər ölümlərinə etiraz olaraq kecirilən 12 yanvar aksiyasına Ramiz Mehdiyevin dəstək verməsi və bu səbəbdən də aksiyacılara təzyiq edilməməsi barədə də coxsaylı məlumatlar verilib. Qeyd edək ki, bir müddət öncə MTN-ə qarşı və İsmayıllı hadisələrinin sonrakı inkişafında Ələkbərovlara yönəlik mətbuatda aparılan kanpaniyanın da arxasında məhz Ramiz Mehdiyev dayanır”. Yazılanlarla bağlı bütün tərəfləri dinləməyə hazırıq. Geri qayıt |