Əsas Səhifə > Dünya > ERMƏNİSTANDA ŞOK OLAY

ERMƏNİSTANDA ŞOK OLAY


1-02-2013, 11:31
ERMƏNİSTANDA ŞOK OLAY
PREZİDENTLİYƏ NAMİZƏDƏ SUİ-QƏSD CƏHDİ

Ermənistanda yenə də atışmadır. Prezidentliyə namizədə İrəvanın mərkəzində sui-qəsd olub. Bu gün onu əməliyyat edəcəklər. Artıq partiya silahdaşları bəyan ediblər ki, Paruyr Ayrikyanı onun seçkilərdə qələbəsindən qorxanlar vurublar.

Bir sıra siyasətçilər hesab edirlər ki, P. Ayrikyana edilən sui-qəsd hakimiyyət və respublika dövlətçiliyinə qarşı ciddi zərbədir. Hələ bu yaxınlarda erməni parlamentində deputatların məşhur güllələnmə hadisəsinə baxmayaraq, bir çox əcnəbi ictimai təşkilatlar xristian həmrəyliyi nümayiş etdirərək, bu Cənubi-Qafqaz ölkəsinin addımlarını demokratiyanın güclənməsi sayəsində nümunə göstərirdilər.

Özlərini görməməzliyə vururlar, amma Azərbaycan Ermənistan sərhədində irimiqyaslı müharibəyə dönə bilən atışma davam edir. Bu sülhsevər xristian ölkəsi Azərbaycanın torpaqlarının 20%-ni işğal edib. İndi İrəvanın mərkəzində silah səsi eşidiləndə ümid var, bəlkə, onlar da eşidər. Bu cinayətin arxasında kim durur, hələki məlum deyil. Hərçənd Ermənistanda elə şəxslər var ki, bu haqda çox yaxşı bilirlər. Güman edilir ki, məhz bu yolla seçkilərin vaxtının dəyişdirilməsinə cəhd edilib. Amma məqsəd nə olub, bilinmir.

Fikrimizcə, o insanlar haqlıdırlar ki, dövlət başçısı postu üstündə Sarkisyanın rəhbərlik etdiyi Qarabağ klanı, onun “silah dostu” Robert Koçaryan və digər qruplaşmaların nümayəndələri arasında əsl müharibənin getdiyini hesab edirlər. Görünür, Ermənistanda hakimiyyətə qəsb edən qarabağlılar son dərəcə yerli camaatı bezdirib. Bunu ancaq gələcək göstərəcək. Bu topatutma İrəvan küçələrində istənilən dəqiqə təkrarlana bilər.

Geri qayıt