Əsas Səhifə > Sosial, Manşet > LÜTVƏLİ BABAYEVƏ QARŞI DAHA BİR İTTİHAM GƏLDİ

LÜTVƏLİ BABAYEVƏ QARŞI DAHA BİR İTTİHAM GƏLDİ


4-02-2013, 09:33
LÜTVƏLİ BABAYEVƏ QARŞI DAHA BİR İTTİHAM GƏLDİ
İCRA BAŞÇISI QARABAĞ ƏLİLLƏRİNİ VƏ ŞƏHİD AİLƏLƏRİNİ İNCİK SALIB

DİA.AZ: - Redaksiyamıza Zərdab rayon icra başçısı Lütvəli Babayevdən şikayət məktubu daxil olub. Şikayət müəllifləri rayonda şəhid ailələri və Qarabağ əlilləri üçün inşa edilmiş mənzillərin yerli icra strukturları tərəfindən ədalətsiz bölüşdürülməsinə etiraz edirlər.

Onu da bildirək ki, DİA.AZ-a müraciət edən 12 şəhid ailəsi və Qarabağ əlili ailəsi yazdıqları məktublarında olduqca ilginc faktları açıqlayırlar. Onların bildirdiklərindən belə aydın olur ki, birbaşa olaraq Lütvəli Babayevin göstərişi ilə şəhid ailələri və Qarabağ əlilləri üçün tikilmiş 16 mənzilli yaşayış binalarındakı evlərin böyük əksəriyyəti ayrı-ayrı adamlara satılıb.

Şikayətçilər bildirir: «Onların Qarabağ savaşına heç bir aidiyyatları yoxdur. Hətta həmin müharibə vaxtı fərarilik etmiş bir şəxs də evlə təmin olunub. Amma 12 ailə dövlətin bu qayğısından kənarda qalıb».

Onu da bildirək ki, redaksiyamıza göndərilən şikayət məktubu ilə bağlı geniş araşdırma aparmaq qərarına gəlmişik və əməkdaşımız artıq Zərdab rayonuna yola düşüb və daha dolğun bilgiləri yaxın günlərdə diqqitənizə təqdim edəcəyik. Sonda yalnız bir məqamı vurğulayırıq ki, DİA.AZ-a məktub ünvanlayan şəhid ailələri və Qarabağ əlilləri məhz bu səbəbdən icra hakimiyyətinin qarşısında etiraz aksiyası keçirməyə hazırlaşdıqlarını da bildiriblər.

Bütün tərəfləri dinləməyə hazırıq. Mövzu diqqətimizdədir. Bizi izləməkdə davam edin…

Geri qayıt