Əsas Səhifə > Güney Press, Üçüncü sektor > RAMİL SƏFƏROVA MƏKTUB VAR
RAMİL SƏFƏROVA MƏKTUB VAR4-02-2013, 12:57 |
Adi Erik: "Mən valideynlərimi sənin vətənin olan Azərbaycanı ziyarətə gəlməklə itirmək ağrısından qorxuram" Hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Macarıstan vətəndaşı Adi Erik erməni zabitini öldürməkdə ittiham olunaraq Macarıstanda 8 ildən çox cəza çəkən və keçən ilin avqust ayının sonunda azadlığa çıxan Azərbaycan ordusunun zabiti Ramil Səfərova məktub yazıb. Gozetci.az portalı həmin məktubu təqdim edir. Məktubda deyilir: "Çox hörmətli Ramil Səfərov! Biz macarlar səni sevib, sənə hörmət bəsləmişik. Mən səndən düşdüyüm çətin vəziyyətimdə mənə kömək əlini uzatmağı xahiş edirəm. Dörd aydır ki, heç bir günahım olmadan Kürdəxanıda bağlı qapılar arxasındayam. Axmaq təsadüf nəticəsində. Biz Macarıstanda sənin hərəkətini bir kişi kimi dəstəkləmişik və SMS-lə sənə səs vermişik. Sənə çətin olan işlədəcəyim sözümə görə əvvəlcədən üzr istəyirəm. Mən bilirəm ki, sən həbsdə olduğun dövrdə ananı itirmisən. Mən tutulandan sonra - 07.01.2013-cü il tarixdə atam ağır xəstələnmiş, ürəyində əməliyyat keçirilmiş. Anam isə ağır şəkər xəstəliyinə tutulmuşdur. Burada heç kimim yoxdur. Yanıma gələn yoxdur. İki körpə uşağım var. Mən valideynlərimi sənin vətənin olan Azərbaycanı ziyarətə gəlməklə itirmək ağrısından qorxuram. Damarında Türk (Hun) qanı axan səndən və Azərbaycan xalqından mənə dəstək olmağı xahiş edirəm. Məni dinləyənlərə və səs verənlərə çox sağ olun deyirəm. Hörmətlə: Adi Erik, Kürdəxanı İstintaq Təcridxanası". Qeyd edək ki, Adi Erik keçən ilin sentyabr ayında Beynəlxalq Hava Limanında həbs edilib. Geri qayıt |