Əsas Səhifə > Dünya > YUNANLAR TƏTİL EDİR

YUNANLAR TƏTİL EDİR


4-02-2013, 13:16
YUNANLAR TƏTİL EDİR
BU DƏFƏ SÜRÜCÜLƏR ETİRAZA QALXIBLAR

Yunanıstanda nəqliyyat işçilərinin tətili davam edir. Bərə nəqliyyatı işçiləri tətili davam etdirmək qərarına gəliblər. Ölkənin dəniz nəqliyyatı işçilərinin həmkarlar ittifaqının məlumatına görə, bərə işçiləri çərşənbə gününədək tətil edəcəklər.

Tətil elan edənlər sərnişin daşıma sənayesində iş yerlərini qoruyub saxlayacaqlarına təminat verilməsini və əmək haqlarına əlavələrin edilməsini tələb edirlər. Yunanıstan kütləvi-informasiya vasitələrinin məlumatına görə, hökumət bərələrin normal hərəkətini bərpa etmək üçün fövqəladə tədbirlərə əl atmağın mümkünlüyünü istisna etmir.

Qeyd edək ki, bərə hava limanı olmayan kiçik yunan adalarına çatmaq üçün yeganə nəqliyyat vasitəsidir. Yunanıstanda sərnişin gəmilərinin işçilərinin tətili yanvarın 31-də başlayıb.

Geri qayıt