Əsas Səhifə > Dünya > BU ŞƏHƏRLƏRƏ GETMƏYİN, MƏSLƏHƏT DEYİL....

BU ŞƏHƏRLƏRƏ GETMƏYİN, MƏSLƏHƏT DEYİL....


6-02-2013, 09:59
BU ŞƏHƏRLƏRƏ GETMƏYİN, MƏSLƏHƏT DEYİL....
YAŞAMIN BAHA OLDUĞU ŞƏHƏRLƏR

Britaniyanın “The Economist” dərgisinin araşdırma şöbəsi, dünyanın ən bahalı və ən ucuz şəhərlərinin siyahısını dərc edib. Yenin məzənnəsinin zəifləməsi və dünyada sürətlənən qiymət artımı, bu il Tokyonu ən bahalı şəhər edib. Dayli Teleqrafın yazdığına görə Yaponiya paytaxtı əvəllər də, daha doğrusu 1992-1998-ci illərdə bu birinci mövqedə olub.

Ən maraqlısı isə ondadır ki, ən bahalı şəhərlər siyasında ikinci yerdə digər Yaponiya Osaka gəlir, üçüncü yerdə Avstraliyanın Sidney şəhəri, dördüncü yerdə isə Norveç paytaxtı Oslonun addı hallanır. Ən bahalı şəhərlər onluğuna eynilə, Melburn, Sinqapur, Sürix, Karakas, Cenevrə və hətta Fransa paytaxt Paris də daxil edilib.

Hesabata görə, bu ilki reytinqin özəlliyi Asiya şəhərlərinin bahalı şəhərlər siyasında üstünlük təşkil etməsidir. Yaşayış və xidmət xərclərinə görə dünyanın ən ucuz şəhərlərinə isə Tehran, Ciddə, Panama, Kolombo, ƏL-Cəzair, Katmandu, Yeni Dehli, Mumbay və Karaçi aid edilir. Araşdırmada dünyanın 131 müxtəlif şəhəri üzrə statistik məlumatlardan istifadə olunub. "The Economist" dərgisinin ekspertləri 160 ayrı əmtəə məhsulu və xidmət üçün 400-dən çox qiymət arasında müqayisə aparıb, ki bura, məhsullardan əsasən, qida, içki, geyim, gündəlik məişət məhsulları, şəxsi gigiyena vasitələri, xidmətlərdən isə, kirayə pulu, nəqliyyat xərcləri, kommunal ödənişlər, özəl məktəb xərcləri, səyahət xərcləri daxildir.

Hesabatın maraq doğuran daha bir cəhəti dəbdəbəli Forbs jurnalının oxşar hesabı ilə zidiyyət təşkil etməsidir. Belə ki, Forbs jurnalı bir müddət əvvəl, açıqladığı siyahıda ilk pillədə Almaniya, Niderland və Böyük Britaniya yer alır.

Geri qayıt