Əsas Səhifə > Partiya > RƏSUL QULİYEV RÜSTƏM İBRAHİMBƏYOVUN HƏRƏKATINDAN DANIŞDI

RƏSUL QULİYEV RÜSTƏM İBRAHİMBƏYOVUN HƏRƏKATINDAN DANIŞDI


6-02-2013, 10:35
RƏSUL QULİYEV RÜSTƏM İBRAHİMBƏYOVUN HƏRƏKATINDAN DANIŞDI
"BAXARIQ, GÖRƏRİK"

Azərbaycanın eks-spikeri, uzun illərdir Amerikada mühacirət həyatı yaşayan Rəsul Quliyev Ziyalılar Forumunun üzvü, kinodramaturq Rüstəm İbrahimbəyovun prezident seçkiləri ilə bağlı yaradacağı “El” Hərəkatından danışıb. Milli Məclisin sabiq sədri Rüstəm İbrahimbəyovun təklif etdiyi “üçüncü qüvvə”nin seçkilərə qoşulması və digər məsələlərlə bağlı Modern.az-a açıqlama verib.

Siyasi proseslərin gərgin məcrada davam etdiyi məqamda “El” Hərəkatının perspektivini qiymətləndirməyi məqsədəuyğun hesab etməyən R.Quliyev praktiki olaraq bu istiqamətdə hər hansı addımın atılmadığına diqqət çəkib.

“Hələlik bu haqda danışmaq doğru olmaz. Praktiki addım atsınlar, sonra baxarıq”,-deyə R.Quliyev vurğulayıb.

Eks-spiker daha sonra onun Türkiyə, Gürcüstan kimi postsovet ölkələrinə buraxılmaması, oralara gəlişinə qadağalar qoyulması haqda məlumatlara da aydınlıq gətirib. Hər hansı ölkə tərəfindən ona qadağaların qoyulmadığını deyən R.Quliyev belə bir probleminin olmadığını qeyd edib.

“Bu informasiyalar doğru deyil. Heç bir ölkə mənə qadağa qoymayıb ki, ora getməyim”,-deyə R.Quliyev bu haqda geniş danışmağa ehtiyac duymadığını bildirib.

R.Quliyev onun Azərbaycana buraxılması üçün prezident İlham Əliyevə müraciət olunacağı haqda xəbərə münasibət bildirmək istəməyib. Deyib ki, onunla bağlı yaradılan müdafiə komitəsinin həmtəsisçisi Musa Yaqubun bu haqda fikirlərini şərh etmək istəmir. Eks-spiker ölkə başçısına müraciətin edilib-edilməyəcəyi haqda heç nə deməyib.

Geri qayıt