Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ELDAR ƏZİZOVUN "MUZEY ƏMƏLİYYATI"

ELDAR ƏZİZOVUN "MUZEY ƏMƏLİYYATI"


6-02-2013, 10:50
ELDAR ƏZİZOVUN "MUZEY ƏMƏLİYYATI"
SUMQAYITDA İNŞAAT İŞLƏRİ NİYƏ BİTMİR?

Sumqayıt şəhərini başdan-başa muzeyə çevrilmək ehtimalı artıb. Daha doğrusu, Eldar Əzizovun Sumqayıt şəhər İcra Hakimiyyətinə başçılıq etdiyi dövr "muzey dövrü" adlandırıla bilər. Bunu özümüzdən demirik. Bu barədə "AzeriNews.org"a məlumat verən Sumqayıt sahibkarları bildirirlər ki, Eldar Əzizov şəhərə başçı transfer olunan gündən "Heydər Əliyev muzeyi" tikdirir. Düz bir ildir ki, muzey üçün birindən daş, birindən sement, başqa birindən qum pulu yığılır. Amma muzey tikilib qurtarmaq bilmir. Hətta Sumqayıtda iri ticarət obyektləri olan sahibkarlardan muzeyin tikilməsinə külli miqdarda pul alınıb. Xəstəxanalardan "muzey əməliyyatına" yardımlar yığılıb. Maraqlıdır ki, muzeyin tikintisinə dövlət büdcəsindən müəyyən miqdarda pul niyə ayrılmayıb. Deyilənlərə görə, icra başçısı şəhərin "Kimyaçılar Sarayı"nı "Heydər Əliyev muzeyi" ilə əvəzləmək istəyir. Bunlara baxmayaraq amma nə xeyri var? Muzey tikilib qurtarmır. Sumqayıt sahibkarları isə deyir ki, bu muzeyin üzərinə Eldar Əzizov özünə Novxanıda dəbdəbəli villa tikdirir. Neçə-neçə ziyafətlər təşkil etdir. Görünür, elə buna görədir ki, o, muzeyi tikdirib qurtarmır. Sumqayıt sahibkarları da bu qənaətdədir ki, Əzizov icra başçılığından gedənə qədər muzey məsələsi şəhərdə davam edəcək.
"AzeriNews.org"u məlumatlandıran Sumqayıt sahibkarları həm də onu bildirirlər ki, Eldar Əzizovun ən ümdə tələbi idarə, müəsissə və budcə təşkilatlarına göstəriş verib ki, onalr otaqlarının divarlarını Heydər Əliyevin və İlham Əliyevin portretləri ilə bəzədilsin. Yəni, portretin arxasında başqa işlər görmək daha yaxşı olur. Ümumiyyətlə, Sumqayıtda baş verənlərlə bağlı sahibkarlar bizə xeyli məlumat veriblər. Biz isə növbəti saylarımızda bu məlumatları dəqiqləşdirərək dərc edəcəyimizi bildiririk.

Geri qayıt