Əsas Səhifə > Şou-biznes > BRİLLİANT DADAŞOVA "XƏSTƏLƏNİB"

BRİLLİANT DADAŞOVA "XƏSTƏLƏNİB"


6-02-2013, 11:55
BRİLLİANT DADAŞOVA "XƏSTƏLƏNİB"
TANINMIŞ MÜĞƏNNİ "FACEBOOK" XƏSTƏSİNƏ ÇEVRİLİB

Xalq artisti Türkiyənin TMB telekanalında yayımlanan “Pırlantalı gecələr” proqramında bu etirafı edib.
Brilliant Dadaşovanın Türkiyənin TMB telekanalında yayımlanan “Pırlantalı gecələr” verilişinin bu həftəki qonağı qardaş ölkənin sevilən müğənnisi, bəstəkarı, söz yazarı Metin Özülkü idi. Brilliant xanım, “Bu proqrama az sevdiyim birisini heç dəvət etmədim. Siz də onların siyahısındasınız”.
Adətən bütün verilişlərə Eda Özülkü ilə birlikdə gedən Metin bəy verilişə tək gəlməsinin səbəbini açıqladı. Onun dediklərindən bəlli oldu ki, həyat yoldaşı ana olandan sonra müğənni kimi karyerasını demək olar ki, davam etdirmir. Ancaq bəzən onunla birlikdə konsertlərə çıxır.
Bəstəkarı, söz yazarı olduqları musiqilərdə adlarının birgə yazılmasına aydınlıq gətirən Metin bəy, "Bəzən mən yazıram, o dəyişiklik edir və ya əksinə. Bəzən sözlərini o yazır, mən bəstəsini. Fikir mübadiləsinin sonunda yaxşı fikirlər ortaya cıxır. Biz də bir evin işində artıq hansı musiqinin kimə məxsus olduğunu unutduq. Qərara aldıq ki, bu mahnılarda soz yazarı və bəstəkarı kimi ikimizin də adı yazılsın. Kimin yazmasından asılı olmayaraq. Sonucda bu miras uşaqlarımıza qalacaq”.
Metin Özülkü onu da qeyd etdi ki, duyğusal mahnılarda sözlər çox önəmlidir: "Amma bəzən sözlərini anlamadığımız mahnıları da dinləyirik. İnsanın musiqi ruhu inkişaf edikçə, daha yaxşı dinləyiciyə çevrilir”.
Brilliant xanım da xüsusilə əsəbi olandan köhnə mahnılari dinlədiyini və bununla sakitlik tapdığını etiraf etdi.
Daha sonra Brilliant xanım canlı yayımda "Facebook" unvanına gələn dostluq təkliflərini də qonağı ilə birlikdə qəbul etdi. Və etiraf etdi ki, son günlər "Facebook xəstəsi"nə çevrilib: "Adətən musiqiçilər gecə həyatına, geç yatmağa, səhər geç durmağa öyrəşirlər. Amma saat 12-dən sonra məni yuxu tutur. "Facebook"da olarkən isə bəzən lap geçə yarıya qədər oyaq qalıram”.
Yeri gəlmişkən, Metin Özülkü Brilliant Dadaşova ücün də mahnı bəstələyib. Müğənni xanım bu mahnını yeni albomuna qoyacaq.
M.Özülkü son günlər yeni mahnılar az yazmasının səbəbini stresli həyat yaşaması ilə izah etdi. O, verilişdə “Səndən başqa”, “Bir əfsanəyəm”, Əylən gözəlim” mahnılarını Brilliant xanımla birgə ifa etdi.
Brilliant xanım isə həmişə olduğu kimi verilişdə Azərbaycan bəstəkarlarının mahnılarına da böyük yer verdi. Və onu da qeyd etdi ki, Novruz bayramında “Pırlantalı gecələr”də ölkəmizin adət-ənənələrinə uyğun bir bayram proqramı düzənləyəcək.

Geri qayıt