Əsas Səhifə > Dünya > AZƏRBAYCAN CASUSLARI MƏHKƏMƏ QARŞISINA ÇIXARILIR
AZƏRBAYCAN CASUSLARI MƏHKƏMƏ QARŞISINA ÇIXARILIR22-11-2011, 14:25 |
ONLAR ERMƏNİ ORDUSU BARƏDƏ MƏLUMATLARI ÖTÜRMƏKDƏ İTTİHAM OLUNURLAR Ermənistan Baş Prokurorluğunun məlumatına görə, bu ölkənin vətəndaşları A.Çtrkyan, R.Matevosyan və K.Mehrabyan müvafiq muzdla Azərbaycanın xüsusi xidmət orqanı ilə əməkdaşlıq etməyə razılıq veriblər. Məlumata görə, adıçəkilən ermənilər Azərbaycan xüsusi xidmət orqanının diqqətini Türkiyədə cəlb ediblər. A.Çtrkyan, R.Matevosyan və K.Mehrabyana Ermənistan Silahlı Qüvvələri və Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirilmiş erməni silahlı birləşmələri, komandir heyətlərinin üzvləri, hərbi texnikanın sayı haqqında məlumat toplamaq tapşırığı verildiyi bildirilir. Prokurorluğun məlumatına əsasən, Ermənistan vətəndaşları A.Avetikyan, D.Avetikyan və K.Petrosyan bu işdən xəbərdar olublar, lakin hüquq mühafizə orqanlarını bu barədə xəbərdar etməyiblər. İşi Ermənistanın Milli Təhlükəsizlik Xidməti araşdırıb, prokurorluq təhlükəsizlik xidmətinin apardığı ilkin istintaqı qanuna uyğun sayıb və Ermənistan vətəndaşlarına qarşı irəli sürülən ittihamları təsdiqləyib. A.Çtrkyan, R.Matevosyan və K.Mehrabyan vətənə xəyanətdə, A.Avetikyan, D.Avetikyan və K.Petrosyan isə cinayəti bilib məlumat verməməkdə ittiham olunurlar. BBC-nin xəbərinə görə, işə Yerevanın Mərkəzi və Nork Maraş inzibati dairələrinin birinci instansiya məhkəməsində baxılacaq. Geri qayıt |