Əsas Səhifə > Dünya > İSLAMÇILAR HÖKUMƏTDƏN UZAQLAŞDIRILDI

İSLAMÇILAR HÖKUMƏTDƏN UZAQLAŞDIRILDI


7-02-2013, 10:33
İSLAMÇILAR HÖKUMƏTDƏN UZAQLAŞDIRILDI
TUNİSİN BAŞ NAZİRİ QƏRAR VERDİ

Tunisin baş naziri Həmadi Cebeyli fevralın 6-sı axşam saatlarında hökuməti istefaya göndərib. O, yeni parlament seçkisinə qədər partiyasız şəxslərdən müvəqqəti hökumət formalaşdırılacağını bəyan edib.

Qərar müxalif sosialistlərin lideri Şükri Beleydanın fevralın 6-da öldürülməsinə kəskin etirazlar fonunda qəbul olunub. Buraxılan hökumət üç islamçı partiyanın koalisiyası idi.

2011-ci il yanvarın 14-də Tunis prezidenti Zeynalabdin Ben Əli 23 il hakimiyyətdən sonra devrilib. Həmin ilin oktyabr ayında Tunisdə keçid parlamentinə seçki keçirilib. Bu seçkidə 40 faizə yaxın səs toplamış islamçı Ən-Nahda (Dirçəliş) Partiyasının baş katibi Həmadi Cebeyl o zamandan baş nazir postunu tutur.

Tunis prezidenti Münsif Mərzuki də islamçı qüvvələri təmsil edir.

Geri qayıt