Əsas Səhifə > Güney Press, Araşdırma > AZƏRBAYCAN-GÜRCÜSTAN KORRUPSİYA SXEMİNƏ İLK ZƏRBƏ

AZƏRBAYCAN-GÜRCÜSTAN KORRUPSİYA SXEMİNƏ İLK ZƏRBƏ


7-02-2013, 12:48
AZƏRBAYCAN-GÜRCÜSTAN KORRUPSİYA SXEMİNƏ İLK ZƏRBƏ
İVANAŞVİLİ HƏRƏKƏTƏ KEÇDİ

Gürcüstanın baş naziri Bidzina İvanişvili bildirib ki, fevraldan qazın tarifləri 10% azalacaq.

“İşi davam etdiririk və düşünürım ki, qazı bir daha ucuzlaşdıra biləcəyik”, - deyə ötən çərşənbə axşamı İvanişvili mətbuat konfransında bildirib.

Energetika Nazirliyi bəyan edib ki, tarifin azaldılmasının detalları başa çatmayıb. Hazırda qaz paytaxtda 50,62 tetri, regionlarda 49-55 tetridir.

Tbilisi “KazTransQaz Tbilisi” şirkətinin sahibi “KazTransQaz” ““KazMunayQaz” şirkətinin tərkib hissəsidir. ARDNŞ Tbilisidən kənarda yeganə qazpaylayıcı şirkətdir. O, “İTERA-Qruziya”nı alıb. İvanişvili bildirib ki, son zamanlar yanacaq da ucuzlaşır.

Beləliklə, o, qazın ucuzlaşması istiqamətində ilk addımı atıb. Gürcüstanda onun qiyməti 1000 kub metr üçün $300 idi.

Bu qiymət Azərbaycan və Gürcüstan energetika strukturlarının maxinasiyası nəticəsində yaranırdı. Turan agentliyi 26 dekabr 2012-ci ildə analitik yazısında yazmışdı ki, Azərbaycan Gürcüstana qaz və benzini ucuz qiymətə satıb, amma sonradan SOCAR Energy Georgianın paylayıcı şəbəkələrində qiymətlər qalxıb. Məlumdur ki, ARDNŞ ITERA Georgia şirkətini alandan sonra Gürcüstanda praktik olaraq yeganə qaz distribütoru (Tbilisi istisna) oldu. SOCAR Georgia Gas-ın bu ölkədə 30 paylayıcı şəbəkəsi var.

Mexanizm sadədir: sərhəddə ucuz satırıq, yerində baha, qiymət fərqi ciblərə axır. Məsələn, qaz Gürcüstana SOCAR Energy Georgia şəxsində kommersiya müəüsisələrinə 143 ABŞ dollarına, əhali üçün 167 dollara satılır. Sonradan əhali üçün 300 dollara, kommersiya və dövlət strukturlarına bir qədər ucuz satılır. Belə bir sxem benzin satışında da olub. Saakaşvilinin partiyası parlament seçkilərində uduzan kimi SOCAR Energy Georgia-nın təşəbbüsü ilə qiymət ucuzlaşdırıldı.

İvanişvili ötən ilin 26-27 dekabrında Bakıya səfərində anlatdı ki, yeni hökumət Bakının korrupsiya sxemi ilə işləmək istəmir. Qaz və benzinin qiymətinin ucuzlaşmağa başlaması göstərir ki, Bakıda rəsmi Tbilisinin etirazını nəzərə alıblar.

Geri qayıt