Əsas Səhifə > Sosial, Manşet > NAZİR ÖZ MÜAVİNİNİ SƏLAHİYYƏTSİZ QOYDU
NAZİR ÖZ MÜAVİNİNİ SƏLAHİYYƏTSİZ QOYDU23-11-2011, 11:05 |
ELSEVƏR AĞAYEVİN ÜMƏİDİ QURU MAAŞ OLACAQ DİA.AZ: - Bir müddət əvvəl məlumat verərək bildirmişdik ki, səhiyyə naziri Oqtay Şirəliyevlə onun müavini Elsevər Ağayev arasında münasibətlər ən gərgin həddinə çatıb. Qeyd edək ki, «Əli İnsanovun yadigarı» kimi tanınan Elsevər Ağayev zamanında keçmiş nazirin kassiri kimi də tanınıb. Səhiyyə sistemindəki qanunsuz özəlləşdirmə prosesinə rəhbərlik edən nazir müavini bu yolla külli miqdarda sərvət əldə edə bilib ki, sonradan da məhz bu pulların hesabına görəv başındakı mövcudluğunu qorumağa müvəffəq oldu. Amma məlumatlı mənbələr nazir Şirəliyevin Elsevər Ağayevə heç də isti münasibət göstərmədiyini söyləyirlər: «Təbii ki, hər sə deyə bilər ki, əgər nazir müavini ilə işləmək istəmirsə, o zaman onu görəvindən alsın. Amma bu məsələ heç də göründüyü kimi sadə deyil. Hakimiyyətin üst düzəyində Elsevər Ağayevi himayə edənlər var və həmin qruplaşmalar bu gün səhiyyə sisteminə, xüsusən də dərman bazarına məhz Elsevər Ağayevin əli ilə nüfuz etməkdədirlər». Xatırladaq ki, keçən günlərdəki məlumatımızda nazirin artıq müavini ilə ipləri qırmağa hazır olduğunu bildirmişdik. «Dünya» İnformasiya Agentliyi redaksiyasına daxil olan son məlumatlardan aydın olur ki, artıq münasibətlərdəki gərginlik özünün pik həddinə çatıb: «Bir neçə gün əvvəl nazirin göstərişi ilə hazırlanan və Elsevər Ağayevi xüsusən özəlləşdirmə dövründə ifşa edən sənədlər Korrupsiyaya qarşı Mübarizə İdaəsinə göndərildi. Amma bununla da yetinməyə nazir Elsevər Ağayevin səlahiyyətlərinə də əl qoymaq qərarını verib». Mənbəmiz bildirir ki, nazir müavininin tabeçiliyində olan istiqamətlər ondan alınaraq birbaşa olaraq Oqtay Şirəliyevin nəzarətinə keçib: «Bu gün Elsevər Ağayev faktiki olaraq səlahiyyətsiz qalıb. Sadəcə olaraq himayədarlarının nüfuzu onun statusunun qorunmasına xidmət edir. Amma bu da uzun sürməyəcək. Çünki müvafiş kampramatlar artıqKMİ-nin araşdırmaçılarının əlindədir». Geri qayıt |