Əsas Səhifə > Dünya > TÜRKİYƏNİN ORDU GENERALI AZADLIQDA

TÜRKİYƏNİN ORDU GENERALI AZADLIQDA


8-02-2013, 09:29
TÜRKİYƏNİN ORDU GENERALI AZADLIQDA
ERGİN SAYGUNUN SƏHHƏTİNDƏ PROBLEM VAR

Balyoz planı iddianaməsində günahkar bilinən sabiq ordu generalı xəstəliyi səbəbilə azadlığa buraxılıb. Bu barədə Trend TRTHaber-e istinadən məlumat verir. Qərar İstanbul 10-cu ağır cəza məhkəməsi tərəfindən tərtib olunub. Bildirilir ki, Balyoz planında adı keçən və 18 il həpis cəzası verilən Ergin Saygun səhhətində problemlər səbəbilə azadlığa buraxılıb.
Əvvəlcə Saygunun vəkili bu yaxında Saygun və digər general Mehmet Akif Ersoyun ürək damar xəstəliyindən əməliyyat olduqlarını səbəb gətirərək, məhkəmədən təhliyə tələbi istəyib. Məhkəmə isə xəstəxanadan gələn məruzəni nəzərdən keçirərək, Ədliyyə nazirliyinin tibbi qurumuna göndərib. Bütün bu hadisələrin ardından İstanbul 10-cu ağır cəza məhkəməsi cəzanın dayandırılması və təqaüddə olan ordu generalının azad edilməsinə qərar verib.
Xatırladaq ki, iddialara görə "Balyoz" adı verilən xüsusi plan Türkiyə Silahlı Qüvvələr tərəfindən ölkə hakimiyyətinə qarşı cevriliş planıdır. Hazırlanan plana əsasən, İstanbuldakı "Fatih Camisi" və "Bəyazid" məscidlərini cümə namazı zamanı partlatdıqdan, ölkənin hərbi muzeyinə hücum təşkil etdikdən, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus bir neçə qırıcı təyyarəni partladaraq bunu yunan tərəfinin üzərinə atdıqdan sonra Türkiyə Silahlı Qüvvələri ölkədə yaranacaq xaosdan istifadə edərək hakimiyyəti devirəcəkdi.
Oda Iddiaya olunur ki,planın hazırlanmasında və həyata keçirilməsində Türkiyə Silahlı Qüvvələrinin sabiq generalı Çetin Doğanın imzası var və plan 2002-2003-cü illərdə hazırlanıb.

Geri qayıt