Əsas Səhifə > Şou-biznes > "QƏTİYYƏN EVLƏNMƏK FİKRİM YOXDUR"

"QƏTİYYƏN EVLƏNMƏK FİKRİM YOXDUR"


8-02-2013, 09:36
"QƏTİYYƏN EVLƏNMƏK FİKRİM YOXDUR"
"O MƏNDƏ SİRR QALSIN"

Müğənni Ramal İsrafilovun Milli.Az-a müsahibəsi.

- Ramal İsrafilov bu gün hansı zirvədədir?

- Hələ ki, onu deyə bilmərəm hansı zirvədəyəm. Sənət, ümumiyyətlə, zirvədir, bəlli bir yerlər var, inşallah, ora doğru gedirəm, yəni yüksəkliklərə doğru.

- Ramal yaxşı bəstəkardır, yoxsa yaxşı müğənni?

- Onu xalq deyə bilər, indi sizə müsahibə verə-verə yeni mahnı bəstələyirəm. Hər ikisini sevirəm, həm bəstəmi, həm də ifamı.

- Ramal nədən ruhlanıb mahnı bəstələyir?

- İşimlə bağlı verilən təkliflər məni ilhamlandırır və o dəqiqə yazmağa başlayıram. Mən işimdən zövq alıram.

- Dilinizin bəlasına tez-tez düşürsüz? Ramal səhv danışır, yoxsa səhv başa düşülür?

- (Gülür) Səhv başa düşülürəm. Fikrimi çatdıra bilmirəm, ürəyim təmizdi deyə, elə bilirəm evdə necəyəmsə, efirdə də onlar mənə baxanda elə o münasibəti qəbul edəcəklər. Amma görürəm ki, mənim səmimi dediyim söz bir çoxlarını qıcıqlandırır.

- Natavan Həbibi sizi bağışladı?

- Özü bilər, bilmirəm, xəbərim yoxdur. Allah bağışlayıb, vəssalam. Bəndə bağışlamasa da, olar.

- Şou-biznesdə dostlarınız çoxdur, yoxsa düşmənləriniz?

- Dost da deməzdim, danışdığım həmkarlar çoxdur. Mən heç kimə düşmən deyiləm. Heç kimlə küsülü deyiləm, kim məni hansı məclisə dəvət etsə, böyük məmnuniyyətlə gedərəm, iştirak edərəm. Çoxusu ilə üzbəüz gələndə can deyib, can eşidirik.

- Abbas Bağırovla münasibətlər nə yerdədir?

- Abbas ilə münasibətim əladır. Biz əvvəlki kimi dostuq, bayramlarda bir-birimizi təbrik edirik, o, mənim ailəmi təbrik edir, mən onun. Atası atamla, anası anamla danışır. 6 ildir bu belədir. Yəni hər şey yolundadır. Mahnı ilə bağlı söz-söhbət düşdü, aydınlaşdı o söhbət və bağlandı.

- Bir müddət nişanlı idiz, indi ailə qurmaq istəmirsiz ki?

- Hələ ki, yaradıcılıqla məşğulam, qətiyyən evlənmək fikrim yoxdur.

- Hansı qadın həmkarınız sizin zövqünüzdədir?

- Var belə bir həmkarım, amma o, məndə sirr qalsın (gülür).

- Qalmaqalda adı hallanan ən çox sizsiz, bu, sizin yaradıcılığınıza təsir etmir ki?

- Yaradıcılığa təsir etmir, amma tamaşaçıya təsir edir. Tamaşaçıdan narazılıq eşidirəm, məsələn deyirlər başınızı salın aşağı işinizlə məşqul olun da, nəyi bölə bilmirsiz? Deyirlər, bir az tanınan kimi reklam edirlər özlərini, qalmaqallar xalq tərəfindən pis yozulur.

- Yeni albom işıq üzü gördü, başqa nə yeniliklər var?

- Yeni albomdan savayı, konsert etmək istəyirəm may ayında. İlk solo konsertim olacaq may ayında.

Geri qayıt