Əsas Səhifə > Sosial, Manşet > ƏLİ HƏSƏNOVUN QƏLƏMİNİ KİMLƏR QIRIB?
ƏLİ HƏSƏNOVUN QƏLƏMİNİ KİMLƏR QIRIB?8-02-2013, 10:48 |
PREZİDENTİN RƏSMİ SAYTINDA ŞÖBƏ MÜDİRİNİN ADI 9 PİLLƏ GERİLƏYİB DİA.AZ: - Son günlər prezident administrasiyası daxilində baş verən yenilənmələr özünü fərqli formada təzahür etdirməkdədir. Məsələn, az əvvəl xəbər verdik ki, hələ də yeni müavinlərlə bağlı əsasnamə müəyyən olunmayıb. Bu yöndə apardığımız araşdırmalar nəticəsində ilginc məqamları da üzə çıxardıq. DİA.AZ-ın apardığı araşdırmalardan aydın olur ki, Bakı şəhər Baş Polis İdarəsinin sabiq rəisi Məhərrəm Əliyevin tutduğu posta qarşı deyəsən, PA rəhbərliyində ümumiyyətlə bir biganəlik var. Belə ki, prezidentin müdafiə məsələləri üzrə köməkçsisi xidmətinin müdafiə məsələləri üzrə şöbəsinin müdiri vəzifəsinə təyin olunan Məhərrəm Əliyevin adı ümumiyyətlə, prezidentin rəsmi veb-səhifəsində PA-nın strukturunda yer almayıb. Burada bir diqqətçəkən məqam isə ondan ibarətdir ki, dünənə qədər həmin struktur siyahısında adı 3-cü yerdə olan Əli Həsənov son yenilənmədən sonra 12-ci yerə qədər geriləyib ki, bu da əslində ona olan etimad yükünün hansı əhəmiyyətdə azalmasından xəbər verməkdədir. Həmin strukturu diqqətinizə çatdırırıq: ADMİNİSTRASİYA » Struktur Administrasiya rəhbərinin müavini - Əli Əsədov Administrasiya rəhbərinin müavini, Xarici əlaqələr şöbəsi - Şöbə müdiri Novruz Məmmədov Administrasiya rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi - Şöbə müdiri Zeynal Nağdəliyev Administrasiya rəhbərinin müavini - Vahid Əliyev İqtisadi siyasət məsələləri üzrə dövlət müşavirinin xidməti - Dövlət müşaviri Vahid Axundov Azərbaycan Respublikası Prezidentinin katibliyi - Katibliyin rəisi - Prezidentin köməkçisi Dilarə Seyidzadə Azərbaycan Respublikası Prezidentinin mətbuat katibinin xidməti - Prezidentin mətbuat katibi Azər Qasımov Azərbaycan Respublikası Prezidentinin protokol xidməti - Xidmətin rəisi Elçin Bağırov Hüquq mühafizə orqanları ilə iş şöbəsi - Şöbə müdiri Fuad Ələsgərov Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsi - Şöbə müdiri Şahin Əliyev Humanitar siyasət məsələləri şöbəsi - Şöbə müdiri Fatma Abdullazadə İctimai-siyasi məsələlər şöbəsi - Şöbə müdiri Əli Həsənov Siyasi təhlil və informasiya təminatı şöbəsi - Şöbə müdiri Elnur Aslanov Dövlət nəzarəti şöbəsi - Şöbə müdiri Eldar Nuriyev İqtisadi siyasət məsələləri şöbəsi - Şöbə müdiri Mail Rəhimov Aqrar siyasət məsələləri şöbəsi - Şöbə müdiri Azər Əmiraslanov Kadr məsələləri şöbəsi - Şöbə müdiri Tələt Məcidov Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi - Şöbə müdiri Süleyman İsmayılov Nəşr və tərcümə şöbəsi - Şöbə müdiri Vasif Kərimov Azərbaycan Respublikası Prezidentinin işlər idarəsi - Prezidentin işlər müdiri Xatırladaq ki, Əli Həsənovun yaxın zamanlarda vəzifəsindən alınacağı barədə də xəbərlər yayılmışdı. Son günlərin məlumatlarından isə aydın olur ki, onun yerinə şanslılar sırasında keçmiş deputat Anar Axundov da var. Bu barədə DİA.AZ-a daxil olan bilgilərdə isə vurğulanır ki, Əli Həsənov mart ayının əvvəllərinə doğru vəzifəsini itirəcək. Geri qayıt |