Əsas Səhifə > Güney Press, Üçüncü sektor > OBAMA GÜNEY AZƏRBAYCANI MÜZAKİRƏ EDƏCƏKMİ?
OBAMA GÜNEY AZƏRBAYCANI MÜZAKİRƏ EDƏCƏKMİ?8-02-2013, 11:09 |
YETƏRİNCƏ SƏS YIĞILIB Ötən ay Ağ Evin saytında İran azərbaycanlıları mövzusunda yerləşdirilmiş qətnamə Obama Administrasiyası tərəfindən baxılmaq üçün tələb olunan sayda – 25 min səs toplaya bilib. Hazırda səs verənlərin sayı 25.200 nəfəri ötür. Müraciətdə Ağ Ev İranda azərbaycanlıların pozulan hüquqlarının müdafiəsinə çağırılır: “İran hökuməti azərbaycanlıların öz dillərində azad təhsil almaq, müstəqil mediaya sahib olmaq və mədəni haqlarından bəhrələnmək kimi elementar hüquqlarını tanımaqdan imtina edir". https://petitions.whitehouse.gov/petition/recognize-islamic-government-iran-violating-fundamental-rights-irans-azerbaijani-ethnic-minority/gR2mqw7b Turan-ın müxbirinin petisiyanın gələcək taleyi ilə bağlı Ağ Evdən rəy almaq cəhdləri nəticə verməyib. Digər rəsmi şəxs bildirib ki, qaydalara əsasən Administrasiya bunu müzakirəyə çıxara da bilər, çıxarmaya da. Yanvarın 16-da Ağ Ev "We the People"ın qaydalarına dəyişiklik edərək Barak Obamanın ikinci prezidentliyi dönəmində sayt vasitəsilə irəli sürülən petisiyalara reaksiya verməsi üçün tələb olunan səslərin 100 minədək artırılmasını qərarlaşdırıb. Lakin İran azərbaycanlılarının müdafiəsinə çağıran petisiya bundan daha əvvəl yanvarıb 12-də yayılıb. Bu günədək Administrasiya silahlara dövlət nəzarəti daxil olmaqla, müxtəlif mövzularda on minlərlə istifadəçinin dəstəyini toplamış “We the People” vəsatətlərini birbaşa cavablandırıb. Ancaq aralarında populyarlığına rəğmən, hələ də Administrasiyanın reaksiyasını gözləyən petisiyalar var, məsələn, ötən il prezidentin səhiyyə islahatlarının əleyhinə çağırış edən vəsatət 40 mindən artıq səs toplayıb. Geri qayıt |