Əsas Səhifə > Sosial, Manşet > ŞOK: FHN ŞEFİNİN OĞLUNU KİM HƏDƏFƏ ALIB?

ŞOK: FHN ŞEFİNİN OĞLUNU KİM HƏDƏFƏ ALIB?


9-02-2013, 11:44
ŞOK: FHN ŞEFİNİN OĞLUNU KİM HƏDƏFƏ ALIB?
TALEH HEYDƏROVUN OĞURLANMASI PLANI BAŞ TUTMAYIB

DİA.AZ: - Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərovla bağlı şok xəbər var. DİA.AZ bildirir ki, gunxeber.com-a bu barədə Hollandiyada yaşayan “Azərbaycanın Dostları Cəmiyyəti”nin sədri Elman Mustafazadə məlumat verib. Onun sözlərinə görə, bir neçə il əvvəl T.Heydərovu Avropada oğurlamaq istəyiblər. E.Mustafazadə hadisənin təfərrüatını belə nəql edir:

“Təxminən 2-3 il əvvəl Taleh Heydərovun Belçikada oğurlanması üçün böyük əməliyyat qurulmuşdu. Bir söhbət əsnasında mən bu barədə məlumat aldım və məsələyə müdaxilə etdim. Burdakı Alban və İraq mafiyası bəzi “azərbaycanlılar”ın “navodka”sı ilə Taleh Heydərovu oğurlayaraq külli-miqdarda pul tələb etməliydilər. Bu söhbətə qoşuldum və olmaz dedim. Onlara dedim ki, bu mənim millətimin övladıdı, azərbaycanlıdı, mənim də övladım var, eləməyin. Amma alınmadı. Gördüm vəziyyət çox qəlizdi. Bu məlumatı Azərbaycanın Belçikadakı səfirliyində çalışan çox inandığm bir nəfərə sızdırdım. Bundan sonra Taleh Heydərovun təhlükəsizliyi çox yüksək səviyyədə təmin olundu və onun oğurlanması əməliyyatı baş tutmadı.

Həmin vaxt Taleh Heydərov Britaniyadan Belçika forumuna gəlmişdi. Bundan sonra Azərbaycandan mənə çıxdılar və bizneslə məşğul olduğumu bildiklərindən dedilər ki, Azərbaycan gömrüyündə sənə heç bir problem olmayacaq. Bu vədi və prezident İlham Əliyevin Avropadakı Azərbaycan diasporunun güclənməsinin ermənilərlə informasiya savaşında ölkəmizin xeyrinə olduğunu və dövlətin buna maraq göstərməsi ilə bağlı dediklərini nəzərə alaraq düşündüm ki, Azərbaycan gömrüyündə problemlə üzləşmərəm.

Azərbaycana ilkin olaraq, test üçün 50 min avroluq mal vurdum. İnanın gömrükdə məni elə günə qoydular ki, 23 ildi yaşadığım qürbət ölkəyə 20 avro ilə qayıtdım. Bu mənim Kəmaləddin Heydərova etdiyim, bu da onun nəzarətində olan gömrüyün mənə etdiyi.

Taleh Heydərovun oğurlanması planı haqda daha çox şeyləri bilirəm və açıqlamağa hazram. Planını pozduğum qüvvələr isə indi də mənimlə düşməndi. Amma bu məni qorxutmur, millətimin bir gənc övladına qarşı olan təhlükənin qarşısını almışam və kim olmasına baxmayaraq, bununla şərəf duyuram”.

Geri qayıt