Əsas Səhifə > Sosial, Manşet > ƏKRƏM ƏYLİSLİ AZƏRBAYCANDAN QOVULMALIDIR
ƏKRƏM ƏYLİSLİ AZƏRBAYCANDAN QOVULMALIDIR9-02-2013, 16:10 |
«QIZILBAŞ OCAQLARI» PREZİDENT İLHAM ƏLİYEVDƏN XAHİŞDƏ BULUNDU DİA.AZ: - Əkrəm Əylislinin «Daş yuxuları»na reaksiyalar səngimir. DİA.AZ-a «Qızılbaş Ocaqları» adlı qurumdan çox sərt bir reaksiya daxil olub. Sözügedən qurumun adından redaksiyamıza daxil olan müraciəti diqqətinizə təqdim edirik: «Əkrəm Əylisli bir gavur kimi daşqalaq olunmalıdır. Onun günahı mahiyyətinin qat-qat üstündədir və biz Azərbaycan türkləri Əkrəm Əylisli adını unutmaq zorundayıq. Artıq bu adam özü ilə milləti arasındakı bütün körpüləri yandırıb. Bəlkə də onun qanı qarışıqdır və bizlərə heç bir aidiyyatı yoxdur. Amma belə bir adamın bu gün ortalıqda türk kimliyi ilə dolaşması belə biz Azərbaycan türklərinin ayıbıdır». Daha sonra «Qızılbaş Ocaqları» adından yayılan müraciətdə Əkrəm Əylislinin Azərbaycandan deportasiya edilməsi tələb olunur: «Onun bir saniyə də Azərbaycan torpağında saxlanılması bizim günahımız kimi qəbul ediləcək. Biz prezident İlham Əliyevə səslənirik. Sizin Ramil Səfərova bir saniyə olsun belə Azərbaycanda məhbəs həyatı yaşatmamanız hər birimiz tərəfindən alqışlandı. Yəni o bir türk oğlu kimi vətənində azad olmalı idi və vətənində məhbəs həyatı yaşayacaq bir iş tutmamışdı. İndi isə bu təqdirlə yanaşı, sizdən xakhişimiz var, cənab prezident! Əkrəm Əylisli olayına da lazımi reaksiyanı verin. Onun mükafatlarını almaq heç də ağır cəza deyil. Ona dərs vermək lazımdır və onun üçün ən böyük mükafat olan «AZƏRBAYCAN VƏTƏNDAŞI» adını ondan almaq lazımdır. Biz təklif və xahiş edirik ki, Əkrəm Əylisli üzü Ermənistan istiqamətinə vətəndaşlığı alınaraq deportasiya edilsin. Hər halda, bu adam bu vətənin şirinliyini dərk edəcək halda deyil». Geri qayıt |