Əsas Səhifə > Dünya > EROTİK RUS-GÜRCÜ POLEMİKASI
EROTİK RUS-GÜRCÜ POLEMİKASI23-11-2011, 12:12 |
SAAKAŞVİLİ BƏDƏNİNİN MÜƏYYƏN HİSSƏSİNDƏN KEÇMƏYƏ HAZIRDIR Gürcüstan prezidenti Mixail Saakaşvili itirilmiş ərazilərin (Abxaziya, Cənubi Osetiya) əvəzində bədəninin bir hissəsini Rusiyaya verməyə hazır olduğunu bildirib. “Qafqazinfo”nun “Novosti-Qruziya” saytına istinadən verdiyi xəbərə görə, prezident bu təklifi Rusiya hökumətinə ünvanlayıb. Putinin 2008-ci il avqust müharibəsi zamanı onu “gürcü prezidentini bədəninin müəyyən hissəsindən asmaqla” hədələdiyini xatırladan Saakaşvili buna hazır olduğunu bildirib: “Mən böyük məmnuniyyətlə bədənimin istənilən hissəsini göndərməyə hazıram, yetər ki, onlar heç olmasa ərazilərimizin bir hissəsini qaytarsınlar. Lakin yaxşı olardı ki, hamısını qaytarsınlar. Bədənimin nə qədər hissəsi yetəcəksə, o qədər də ərazi qaytara bilərəm”. Geri qayıt |