Əsas Səhifə > Sosial, Manşet > HAKİMİYYƏTİN 2013 SEÇKİLƏRİ ÖNCƏSİ ŞOK PLANI

HAKİMİYYƏTİN 2013 SEÇKİLƏRİ ÖNCƏSİ ŞOK PLANI


12-02-2013, 11:52
HAKİMİYYƏTİN 2013 SEÇKİLƏRİ ÖNCƏSİ ŞOK PLANI
10 MİN MANATDAN FAİZSİZ KREDİT VERİLİR: QİYMƏTLƏR NƏZARƏTƏ ALINIR

DİA.AZ: - Qarşıdan gələn prezident seçkiləri nədəniylə iqtidar böyük bir plan tədarükündədir. Bu şok məlumatı DİA.AZ-a hökumət içindəki qaynaqlar ötürüb. Məlumatlı mənbənin bildirdiklərindən belə aydın olur ki, birbaşa olaraq dövlət başçısının təşəbbüsü ilə əhalinin sosial rifahının yaxşılaşdırılması yönündə çox ciddi adldımlar atılacaq.

Məlumatı verən mənbə iddia edir ki, aprel ayının 1-dən etibarən bir çox istiqamətlərdə yeniliklər baş verəcək: «Bu planlamada daha çox diqqətçəkəni əhali ilə narazçılığa səbəb olan bütün məmurlara qarşı sərt reaksiyanın nəzərdə tutulması, konkret cəza tədbirlərinin işə salınması, həmçinin vətəndaşların maddi rifah halının yaxşılaşdırılması üçün faizsiz bank kreditlərinin verilməsi niyyətidir».

Mənbəmiz bildirir ki, hər ailə üçün 10 min manata qədər faizsiz kreditin verilməsi üçün artıq indidən Mərkəzi Bankın rəhbərliyinə tapşırıqlar verilib: «Bu borcun qaytarılması üçün isə 10 illik vaxtın verilməsi də nəzərdə tutulur. Əslində vətəndaşlar üçün 10 illiyinə 10 min manatlıq faizsiz kredit böyük bir fürsət olacaq ki, artıq rəsmi Bakı belə bir menxanizmin hazırlanması yönündə fəaliyyətə keçib».

Bunlar bir yana. Prezident seçkilərinin yaxınlaşması səbəbindən bazarlarda qiymət stabilliyinə nail olmaq üçün iqtisadi inkişaf nazirliyinin yanında bazarlarə nəzarət departamentinin yaradılması da planlaşdırılır: «Bu departamentin fəaliyyəti təkcə bazarlarda qiymətlərin tənzinlənməsi işini həyata keçirməklə məhdudlaşmayacaq. Daha geniş səlahiyyətləri olan departament həmçinin idxal olunan məhsullarda Azərbaycanın dövlət standartdının tətbiqinə də nəzarət edəcək. Artıq bütün bunlarla bağlı müvafiq qanun layihəsinin hazırlanması işi də həyata keçirilir».

Geri qayıt