Əsas Səhifə > Güney Press, Araşdırma > XALQ ÜÇÜN YENİ ÜSYAN BƏHANƏSİ

XALQ ÜÇÜN YENİ ÜSYAN BƏHANƏSİ


12-02-2013, 11:55
XALQ ÜÇÜN YENİ ÜSYAN BƏHANƏSİ
NOTARİAT KANTORLARI RÜŞVƏT YUVASIDIR

Bu il bir çox problemlərin qabaracağı və ciddi etirazlara gətirib çıxarması ilə müşaiyət olunan il olacaqdır. Əsas səbəblər də sosial, vergi, komunal, məhkəmə cərimələrinın tutulması, rüsumların artması və addım başı rastlaşdığımız rüşvət hallarıdır.
Artıq vətəndaşlara qayğı göstərəcək hökümət idarəetməsi yoxdur ki, xalq razılıq etmiş olsun. Fəzail Ağamalı kimi təhqirə görə, millət vəkilinin 100 000 manatlıq cərimə olunması təklifindən danışan Milli Məclisə də heç söz ola bilməz. Belə ağıl sahibləri sürət həddini aşanlara yüksək məbləğdə inzibati cərimələr, aksiya təşkil edənlərə yüksək cərimələr və s. tətbiq etməklə bu xalqı son həddə sıxmağa çalışırlar. Mən tam əminəm ki, heç bir dövlət məmurunun , millət vəkilinin ailə üzvləri cərimə olunmurlar. Onların ailə üzvləri hər hansı məsuliyyətə də cəlb olunmurlar. Cərimə olunsalar da, aldıqları milyonlarla rüşvət müqabilində heç bir şeydir. Deməli cəza qanunları yalnız kimsəsiz və kasıb təbəqə üçün nəzərdə tutulub. Bundan əlavə ən ciddi problem isə rüsumların həddən artıq çox olmasıdır. Notariat rüsumları arasında ən diqqət çəkən rüsum, sənədlərdən surət və cıxarışların duzgunluyunun təsdiqi üçün alınan rüsumdur. Qeyd olunan sənədlərin notarial qaydada təsdiqi üçün ödənilən dövlət rüsumu 50 qəpik olmaq əvəzinə indi buna görə 10 dəfə artıq — 5 manat ödəmək lazım gəlir. Hər gün vətəndaşların ən çox təsdiq etdirdikləri sənədlərin təsdiqi üçün belə bir rüsumun və xidmət pulunun tutulması insanların ciddi narazılığına səbəb olur. Bu hallara bütün dövlət notariuslarında rast gəlmək olar. Bu vəziyyət hər sadə vətəndaş üçün ayda orta hesabla 50 manat pul itirmək deməkdir. Bu cür qanunu Milli Məclis hansı potensial imkanları hesablayaraq qərar qəbul edib.
Bundan əlavə “Dövlət Rüsumu Haqqında” qanunun 10.18-ci maddəsinə nəzər saldıqda “sənədlərdən surət və cıxarışların düzgünlüyünün təsdiqi” sözünün 2 yerdə qeyd olunduğunun şahidi olarıq. 01 yanvar 2013-cü il tarixdən sözü gedən rüsumun əvvəlki qiymətindən 10 dəfə artıq hesablanması hərəkəti yalnış bir qərardır. Mən başa düşmürəm ki, aidiyyatı orqanlar bu qədər ciddi səhvlərə necə yol verirlər. Prezidentin 21 dekabr tarixli sərəncamı elan olunarkən isə rüsumların 2-3 dəfə artması qeyd olunmuşdu.
Məsələn, köhnə “Dövlət Rüsumu Haqqında” qanunun 10.16 maddəsində sənədlərin bir dildən basqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə gorə), sənədlərdən surət və cıxarışların düzgünlüyünü təsdiqi, sənədlərdəki imzanın həqiqiliyinin, həmçinin tərcuməçinin imzasının həqiqiliyinin (hər imza ucun) və vətəndasla fotosəkildəki səxsin eyniliyinin təsdiqi ücün 0,25 manat nəzərdə tutulmuşdursa, indi isə yeni Qanunun 10.18 maddəsində sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə görə), sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi və vətəndaşla fotoşəkildəki şəxsin eyniliyinin təsdiqi üçün 2 manat və sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi üçün hər səhifəyə görə əlavə 0,50 manat nəzərdə tutulub. Eyni məbləğdə xidmət pulu da tutulmaqla 5 (beş) manat təşkil edir.
Bildiyimiz kimi Azərbaycanda 140-dan çox notariat kontoru fəaliyyət göstərir. Yalnız bir kontorun bir rüsumdan gəlirinə baxın. Hər notariat kontorunda gün ərzində 300-500 sayda sənədlərin surətinin əsli ilə düzgünlüyü təsdiq edilirsə, bu hər gün üçün xalqın cibindən təxminən 1000 manat, hər ay üçün 30 000 manat, 1 il üçünsə 365 000 manat pulun oğurlanması deməkdir. Hesab edin , bir kontor tək bir rüsumla bu qədər xalqın cibinə girilirsə düşünün başqa nələr var?
Müşahidə etdiyim 5 notariat kontoru ətrafında insanların təhqir və qarğışlarla etiraz səslərini qaldıraraq üsyan etmələrinin də şahidi olmuşam. Bir parça yavan çörək pulunu qazana bilməyən vətəndaşlardan şəxsiyyət vəsiqəsinin surətinin təsdiqi üçün 5 (beş) manat pulun alınması artıq yaxın gələcəkdə bu hakimyyətlə vidalaşacağımızdan xəbər verir.

Taleh Xasməmmədov
Hüquq Müdafiəçisi

Geri qayıt