Əsas Səhifə > Güney Press, Araşdırma > İCRA BAŞÇILARININ FİRONLUĞUNA SON QOYAN QANUN

İCRA BAŞÇILARININ FİRONLUĞUNA SON QOYAN QANUN


13-02-2013, 11:58
İCRA BAŞÇILARININ FİRONLUĞUNA SON QOYAN QANUN
MİLLİ MƏCLİSDƏ YENİ QANUN

Milli Məclisin İnsan hüquqları komitəsi "İctimai iştirakçılıq haqqında" qanun layihəsini müzakirəyə çıxarıb.

Komitə sədri Rəbiyyət Aslanova çərşənbə günü keçirilən iclasda bildirib ki, bu qanunla icra hakimiyyəti strukturları ilə vətəndaşların partnyorluğu ortaya çıxır. Onun sözlərinə görə hər iki tərəf biri-birini bərabərhüquqlu səviyyədə qəbul edəcək.

"Vətəndaş iştirakçılığı böyük resursdur və bu resursdan istifadə edilməsi cəmiyyətin tərəqqisinə xidmət edən amillərdəndir. Bu qanunla cəmiyyətdə mövcud olan "Mənim mövqeyimin nə qədər əhəmiyyəti var ki?" stereotipinin sındırılmasına gətirib çıxaracaq", - o deyib.

Aslanova deyib ki, "İctimai iştirakçılıq haqqında" qanun informasiya məkanının formalaşması, ictimai iştirakçılığın gündəmə gəlməsi ilə cəmiyyətin problemləri tək görməsi deyil, onların həllində iştirakı üçün şərait yaradır.

Geri qayıt