Əsas Səhifə > Güney Press, Araşdırma > GÜLƏR ƏHMƏDOVANIN ƏRİ DƏ HƏBS OLUNA BİLƏR

GÜLƏR ƏHMƏDOVANIN ƏRİ DƏ HƏBS OLUNA BİLƏR


14-02-2013, 12:02
GÜLƏR ƏHMƏDOVANIN ƏRİ DƏ HƏBS OLUNA BİLƏR
ONU 3 İLƏDƏK HƏBS GÖZLƏYİR

Dünən həbs olunan sabiq deputat Gülər Əhmədovanın əri Fikrət Əhmədovun həbsinə hazırlıq gedir.

Bu barədə Avropa.info ya hüquq mühafizə orqanlarındakı mənbədən məlumat daxil olub.Mənbənin bildirdiyinə görə, artıq Fikrət Əhmədovun həbsi üçün bütün detallar hazırlanıb və yaxın günlərdə Gülər Əhmədova işində sabiq deputatın xeyrinə ciddi dəyişiklik olmayacağı təqdirdə onun həyat yoldaşının həbsi qətiləşəcək.Fıkrət Əhmədov Cinayət Məcəlləsinin cinayəti bilib gizlətmə maddəsi ilə ittiham olunacaq ki bu da onun 3 illik müddətə həbsini şərtləndirəcək.

Xatırladaq ki, bir müddət öncə Respublika Prokurorluğunun mərhum Sevinc Babayevanın müəmmalı ölümü ilə bağlı yaydığı açıqlamada da Fikrət Əhmədovun adı çəkilmişdir.Həmin açıqlamada cinayət məsuliyyətindən qurtulmaq üçün Sevinc Babayevanın Gülər Əhmədova tərəfindən Türkiyəyə qaçırdıldığı və Fikrət Əhmədovun da ona İstanbulda mütəmadi olaraq baş çəkdiyi bildirilmişdi.

Geri qayıt