Əsas Səhifə > Partiya > LƏNKƏRANDA MÜSAVATA QARŞI QƏRİBƏ MÜBARİZƏ ÜSULU

LƏNKƏRANDA MÜSAVATA QARŞI QƏRİBƏ MÜBARİZƏ ÜSULU


14-02-2013, 12:53
LƏNKƏRANDA MÜSAVATA QARŞI QƏRİBƏ MÜBARİZƏ ÜSULU
QƏRARGAHIN QAPISI HÖRÜLÜR

“Bir az bundan qabaq qərargahın yanındaydım. Özümə lazım olan bəzi şeyləri ofisdən götürdüm”. Bunu Modern.az saytına açıqlamasında Müsavat Partiyasının Lənkəran təşkilatının sədri Yadigar Sadıqov qərargadan çıxarılmaları ilə bağlı məlmat verərkən deyib. Onun sözlərinə görə evlər idarəsi müdiri ilə mübahisəsidə düşüb.

“Hələ ki giriş qapısını hörməyiblər. Amma bunu həyata keçirmək üçün kisələrdə qum gətiriblər. evlər idarəsinin müdiri ilə üzbəüz gəldim. O mənə dedi ki, bir azdan hörmək üçün daşları gətirəcəklər. Çox güman ki, işə bir azdan başlayacaqlar. Əmlakımızın çoxu ordadır və onu çıxarmamışıq. Bu faktın özü göstərir ki, bu otaq onlara lazım deyil. Giriş qapısının hörülməsi, əmlakın içəridə qalması sadəcə olaraq bizim orda olmağımızı istəmələrindən irəli gəlir. Məqsəd Müsavatı ofissiz, qərargahsız qoymaqdır”-deyə vurğulayıb.

Geri qayıt