Əsas Səhifə > Güney Press, Üçüncü sektor > İCRA BAŞÇISINDAN UNİKAL QADAĞA

İCRA BAŞÇISINDAN UNİKAL QADAĞA


15-02-2013, 10:11
İCRA BAŞÇISINDAN UNİKAL QADAĞA
EV TİKMƏK ÜÇÜN 3 SOTUN OLMALIDIR

Abşeron rayonunun Xırdalan şəhərində icra başçısı Zakir Fərəcovun birbaşa təlimatı ilə yeni qadağalar tətbiq olunub. Bu barədə TİA.AZ-a məlumat verən şəhər sakinləri qeyd ediblər ki, icra başısının yeni qadağası ev tikintisi ilə bağlıdır.
Belə ki, Zakir Fərəcov Abşeron rayonunda 3 sotdan az torpaq sahəsi olanlara özlərinə ev tikməyi qadağan edib. Əgər qeyd olunan həcmdən az torpağı olan şəxs ev tikməyə cəsarət edərsə, Abşeron İcra Hakimiyyətinin əməkdaşları onun yanına gələrək, tikintini dayandırmağı tələb edirlər.
Qeyd edək ki, şəhər sakinləri mövcud qadağa ilə bağlı hüquqşünaslara müraciət etmək qərarına gəliblər. Onlar bu qadağanın qanunla təsbit olunub olunmadığını dəqiqləşdirmək istəyirlər. O da deyilir ki, əgər Zakir Fərəcovun bu addımı qanunla tənzimlənməsə, camaat İcra Hakimiyyətinin qarşısında dinc şəkildə etirazlarını bildirəcəklər.

Geri qayıt