Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ŞEYXİN QUDASI MÜXALİFƏTİ AŞAĞILADI
ŞEYXİN QUDASI MÜXALİFƏTİ AŞAĞILADI15-02-2013, 11:13 |
"...ELƏ BUNA GÖRƏ DƏ BU GÜNƏ QALIBLAR" “Azərbaycan müxalifəti hər şeyi qara rəngdə görməyə öyrəşib. Cənab Prezidentin məmurlarla bağlı xəbərdarlığı müxalif dairələrdə hakimiyyətin geri çəkilməsi kimi təqdim olunursa, bu onların hansı siyasi keyfiyyətlərə malik olduğunu aydın ortaya qoyur”. Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Qalib Salahzadə söyləyib. Prezident İlham Əliyevin dövlət və hökumət rəsmiləri ilə görüşü zamanı məmurlara sərt xəbərdarlığı ölkənin gündəmini məşğul edən əsas mövzulardandır. Cəmiyyət tərəfindən rəğbətlə qarşılanan bu çıxış müxalif siyasi dairələrdə və onlara yaxın mətbuat orqanlarında hakimiyyətin geri çəkilməsi kimi təqdim olunur. Millət vəkili Qalib Salahzadə hesab edir ki, ənənəvi müxalifət təmsilçiləri öz arzularını həqiqət kimi cəmiyyətə sırımaqdan yorulmurlar: “Cənab Prezident ölkədə baş verən hər şeydən məlumatlıdır. Əgər bu gün bir qrup məmur hakimiyyəti gözdən salmaqla məşğuldursa və İlham Əliyev belə məmurlara xəbərdarlıq edirsə, bunu ancaq alqışlamaq lazımdır. Təəssüf ki, hər şeyi qara rəngdə görən, ölkənin bütün uğurlarına kölgə salmağa çalışan müxalif düşərgə bundan da siyasi divident qazanmağa çalışır. Onlar bunu cəmiyyətə hakimiyyətin geri çəkilməsi kimi təqdim edirlər. Hakimiyyət kimdən və nəyə görə geri çəkilməlidir? Azərbaycan regionda yeganə ölkədir ki, heç bir dövlətin siyasi və iqtisadi basqıları altında deyil. Müstəqil siyasət yürüdür və heç bir dövlətin daxili işlərinə qarışmadığı kimi, bizim də daxili işlərimizə kiminsə qarışmasına imkan vermir. Bu mənada müxalifətin iddiaları da absurd səslənir. Biz onlardan bu cür “bəyanat”ları çox eşitmişik və hər dəfəsində də yalan çıxıb. Görünür onlar siyasi təhlil qabiliyyətindən məhrum olduqları üçün hadisələri düzgün analiz edib, nəticə çıxara bilmirlər. Müxalifət elementar təhlil qabiliyyətini itirib və elə buna görə də, bu günə qalıb. Siyasi ehtimalları fərziyyələr üzərində qurulan siyasətçilərin durumu isə elə bizim müxalifət liderlərinin durumu kimi olmalıdır”. Geri qayıt |