Əsas Səhifə > Güney Press, Araşdırma > RAMİZ MEHDİYEVƏ HANSI VƏZİFƏ VERİLİR?

RAMİZ MEHDİYEVƏ HANSI VƏZİFƏ VERİLİR?


15-02-2013, 11:16
RAMİZ MEHDİYEVƏ HANSI VƏZİFƏ VERİLİR?
PA ŞEFİ İLƏ BAĞLI MÜBHƏMLƏR ARTIR

Son günlər bir-birini əvəz edən ilginc olaylar yenidən diqqəti Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin üzərinə çevirib. PA rəhbərinin dövlət başçısının keçirdiyi son iki toplantıda iştirak etməməsi, ölkədə ictimai-siyasi canlanmanın yaşandığı bir vaxtda məzuniyyətə getməsi müəyyən suallar doğurmağa başlayıb. Xüsusən, Ramiz Mehdiyevin qısa müddətli məzuniyyətdə olduğu bir vaxtda sabiq deputat Gülər Əhmədovanın həbsi barədə məhkəmə qərarının çıxarılması, hakimiyyət daxilində maraqlı proseslərin getdiyindən xəbər verir.
Son vaxtlar tez-tez qısamüddətli məzuniyyətlərə gedən PA rəhbərinin Elşad Abdullayev-Gülər Əhmədova olayından sonra yeni sürprizlərlə qarşılaşacağı haqda mülahizələr səsləndirilməkdir. Bu yöndə daha çox önə çəkilən məqam, Gülər Əhmədovanın istintaqa hansı ifadələr verəcəyi ilə bağlıdır.
Ancaq bu arada hakimiyyət kuluarlarında Ramiz Mehdiyevin yaşı və səhhəti ilə əlaqədar aktiv dövlət işini buraxaraq elmi sahəyə yönələ biləcəyi haqda informasiyalar yayılmaqdadır.
Qeyd edək ki, hələ Heydər Əliyev Mərkəzinin tikintisi gedən zaman Ramiz Mehdiyevin bu mərkəzə rəhbər təyin olunacağı haqda mətbuatda xəbərlər yer almışdı. Lakin, mərkəzin rəhbərliyinə başqa şəxsin təyinatından sonra bəlli oldu ki, PA şefi hələ dövlət idarəetmə işindən yorulmayıb.
Son günlər baş verənlərin fonunda isə akademikə yaşı və səhhətini nəzərə alaraq daha uyğun iş tapıldığı haqda məlumatlar əldə etmişik. Belə ki, Ramiz Mehdiyevlə konsensus əldə edilərək onun bu günlərdə vəfat etmiş Mahmud Kərimovun yerinə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti postuna seçiləcəyi gözlənilir.
Akademikin Azərbaycan elminin başına keçmək istəyib-istəməməsi isə yaxın vaxtlarda bəlli olacaq. \ Moderator.az \

Geri qayıt