Əsas Səhifə > Dünya > ƏFQAN PREZİDENT ƏSƏBİLƏŞİB

ƏFQAN PREZİDENT ƏSƏBİLƏŞİB


15-02-2013, 11:36
ƏFQAN PREZİDENT ƏSƏBİLƏŞİB
KƏRZAİ NATO-DAN İZAHAT TƏLƏB ETDİ

Əfqanıstan prezidenti Həmid Kərzai ölkədəki NATO qüvvələrinin komandanı Cozef Danforddan onlarla dinc sakinin ölməsi ilə nəticələnən aviahücum barədə izahat tələb edib.

Qeyd edək ki, NATO kontingentinin komandanlığı general Danfordun şəxsən ölənlərin ailələrinə başsağlığı verdiyini bildirmişdi. Alyans nümayəndələri əsasən qadınlar və uşaqların öldüyü aviahücum barədə tədqiqata başlanıldığını da əlavə edib.

Xatırladaq ki, hadisədən bir neçə saat öncə ABŞ prezidenti Barak Obama 2014-cü ilin sonlarına kimi Əfqanıstandan qoşunların tam çıxarılacağını elan etmişdi. Onun sözlərinə görə, artıq gələn il Əfqanıstan bazasını 34 min amerikalı hərbçi tərk edəcək.
\ faktxeber.com \
Geri qayıt