Əsas Səhifə > Dünya > FRANSIZ NAZİRLİKDƏN AZƏRBAYCANA REAKSİYA

FRANSIZ NAZİRLİKDƏN AZƏRBAYCANA REAKSİYA


25-11-2011, 11:06
FRANSIZ NAZİRLİKDƏN AZƏRBAYCANA REAKSİYA

FRANSA XİN RAFİQ TAĞININ QƏTLİNİ PİSLƏYİR

Fransa Xarici İşlər və Avropa Məsələləri Nazirliyinin sözçüsü yazıçı Rafiq Tağının ölümü ilə bağlı bəyanatla çıxış edib. Fransanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir: “Noyabrın 19-da Bakı küçələrindən birində qəddarlıqla bıçaqlanmış azərbaycanlı yazıçı və jurnalist Rafiq Tağının ölüm xəbərindən çox mütəəssir olduq.

Rafiq Tağı öz tədqiqatlarının keyfiyyəti və ciddiliyi ilə hamı tərəfindən tanınırdı. Onun ölümü ilə, öz ölkəsində və həm də xaricdə, siyasi və jurnalistika dairələrində dinlənilən və hörmət edilən bir səs bizi tərk edib.

Fransa bu ağrılı anlarda mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına öz həmrəyliyini bildirir”.

XİN sözçüsü cinayəti törədənlərin və onun sifarişçilərinin tezliklə tapılması və ədalət məhkəməsinə verilməsi üçün Azərbaycan rəsmilərini bütün imkanlardan istifadə etməyə çağırıb.

Fransa xatırladır ki, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da jurnalistlərin təhlükəsizliyi və mətbuat azadlığı demokratiyanın fundamental prinsiplərini təşkil edir.

Qeyd edək ki, noyabrın 19-da naməlum şəxs tərəfindən bıçaqlanan R. Tağı noyabrın 23-də xəstəxanada vəfat edib.


Geri qayıt