Əsas Səhifə > Sosial, Manşet > QARADAĞIN «ÇAKIR»I NƏDƏN ƏL-AYAĞA DÜŞƏSİ OLUB?
QARADAĞIN «ÇAKIR»I NƏDƏN ƏL-AYAĞA DÜŞƏSİ OLUB?18-02-2013, 10:36 |
SÜLEYMAN MİKAYILOVUN İŞİNDƏ ONU HİMAYƏ EDƏNLƏR DƏ CƏZALANACAQ DİA.AZ: - Prezident İlham Əliyevin icra strukturlarının rəhbərlərinə üz tutaraq onların sahibkarlara qarşı yürütdüyü siyasətlərini sərt şəkildə qınaması bu gün bir çoxları üçün siqnal rolunu oynayıb ki, onların sırasında Qaradağ rayonunun icra hakimiyyətinin başçısı Süleyman Mikayılov da var. Xatırladaq ki, Süleyman Mikayılov zaman-zaman yerli sahibkarlara qarşı xüsusi amansızlığı ilə seçilib. Məsələn, onun rayon ərazisindən keçən magistral yolun hər iki kənarını hasara alması və bunun da nəticəsində onlarla obyektin az qala gün işığına həsrət qalması icra başçısı üçün əlavə gəlir yeri rolunu oynamışdı. Belə ki, hasarın obyektinin qarşısına düşən hissəsindən qapı açdıra bilməsi üçün hər bir sahibkardan 30 min manat pulun istənildiyi bildirilirdi. Bunun ardından isə Süleyman Mikayılovun adamlarının qanunsuz olaraq apardıqları özəlləşdirmə zamanı yerli bazarın qarşısındakı obyektlərin sahibkarları da zərər görmüşdü. Hətta məhkəmə və ayrı-ayrı dövlət qurumlarını satın almağa belə qalxan Süleyman Mikayılov bu alverində o qədər irəli getmişdi ki, daha özəlləşdirdiyi obyektlərdən birinin digər bir dövlət qurumunun - «Azərittifaq»ın balansında olmasının belə fərqinə vara bilməmişdi. Bütün bu faktların artıq icra başçısına qarşı işlədiyini bildirən mənbənin DİA.AZ-a söylədiklərindən belə aydın olur ki, bu günlərdə Süleyman Mikayılova və daha bir neçə icra başçısına qarşı məhz sahibkarlarla rəftarları səbəbindən cəza tədbirləri işə salına bilər: «Artıq belə bir qərar verilib. Hətta başçının görəvdən alınması tədarükü də hiss olunandır. Amma burada bir iş var ki, Süleyman Mikayılovu himayə edən qüvvələr var və həmin şəxslərin də ola bilsin, bu cəzalandırma zamanı bostanlarına daş atılsın». Bütün tərəfləri dinləməyə hazırıq… Geri qayıt |