Əsas Səhifə > Partiya > RƏSULÇULARIN DAVASI ANCAQ BELƏ OLA BİLƏR
RƏSULÇULARIN DAVASI ANCAQ BELƏ OLA BİLƏR18-02-2013, 12:11 |
SÖHBƏT MALİYYƏ FIRILDAĞINDAN GEDİR Mətbuatda yayılan məlumatlara görə, eks-spiker Rəsul Quliyevin Azərbaycandakı nümayəndəsi A.Şakiroğlu Türkiyədə olarkən isveçli bir iş adamından partiyaya dəstək üçün 65 min avro alıb. Həmin iş adamı əslən azərbaycanlıdır. Biznesmenin həmçinin Türkiyədə də obyektləri var. Qeyd olunur ki, A.Şakiroğluna verilən məbləğin 23 min avrosu partiyaya çatdırılmayıb. Mənimsəmə faktında ACP-nin keçmiş sədri Vaqif Mahmudovun da adı hallanır. Qeyd olunur ki, bu xəbərdən qəzəblənən eks-spiker Şakiroğlunu vəzifəsindən uzaqlaşdırıb. Amma ACP sədri Sülhəddin Əkbər AzNews.az-a yazılanların doğru olmadığını bildirdi: “Partiyadan da heç kim uzaqlaşdırılmayıb. Hər kəs fəaliyyətini davam etdirir. Deyilənlər həqiqətə uyğun deyil” Ağasif Şakiroğlu ilə isə telefonlara cavab vermir. Geri qayıt |