Əsas Səhifə > Gündəm, Manşet > ARİF QARAŞOV HƏBSDƏN NECƏ QURTULUB?

ARİF QARAŞOV HƏBSDƏN NECƏ QURTULUB?


25-11-2011, 11:37
ARİF QARAŞOV HƏBSDƏN NECƏ QURTULUB?

KEÇMİŞ XİDMƏT RƏİSİNİN OBYEKTLƏRİNƏ ƏL QOYULUR

DİA.AZ: - Bir müddət əvvəl, daha dəqiqi hakimiyyətin start düyməsini basdığı anitkorrupsiya tədbirlərinin ilk günlərində belə bir məlumat da yayılmışdı ki, keçmiş Dövlət Reyestri Xidmətinin fəaliyyəti ilə bağlı Baş prokurorluq yanında korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən araşdırmalara başlanılıb. Hətta bir ara sözügedən quruma rəhbərlik etmiş Arif Qaraşovun həbsi xəbəri də yayıldı ki, sonradan bu məlumatlar özünü doğrultmadı.

Amma Arif Qaraşovun durumunun o qədər də münasib olmaması elə həmin ərəfədəcə də təsdiqləndi. Keçmiş məmurun təzyiqlərlə üz-üzə qaldığı haqda məlumatlar yayan dövrü mətbuatda bildirilirdi ki, vəziyyət o qədər gərgindir ki, Qaraşov hətta səhhətində problemlərdən dolayı Rusiya paytaxtında uzun müddət qalmalı olub.

Hal-hazırda isə Arif Qaraşovun daha çox Şamaxıdakı villasında vaxt keçirdiyi bildirilir. Amma ona qarşı hücumlar səngiməyib. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasını məlumatlandıran mötəbər qaynaqların bildirdiklərindən belə məlum olur ki, sabiq xidmət rəisinə məxsus obyektlərin bəziləri artıq ondan alınıb:

«Konkret olaraq Yasamal rayonu ərazisində yerləşən «Ekspress Kafe» və onun yaxınlığındakı «Baza Pitseriya» Arif Qaraşovun əlindən alınıb. Sabiq xidmət rəisinin digər obyektlərinə də əl qoyula bilər».

Məlumatlı mənbə bildirir ki, əslində bu yolla Qaraşov canını qurtarmış olur: «Məlumdur ki, görəv başında olarkən Arif Qaraşov kifayət qədər gəlir əldə edə bilmişdi və hal-hazırda onun varidatının 5 milyon ABŞ dollarına yaxın olduğu bildirilir. Təbii ki, belə bir sərvətin hakimiyyətin nəzarətindən kənarda qalması imkansızdır. Ona görə də Qaraşov əlində olanı vermək zorundadır».

Məlumatlarda o da qeyd olunur ki, əslində bir müddət əvvəl sabiq xidmət rəisi həbs olunmalı idi: «O, həbsdən yaxasını əlində olan sərvətdən vaz keçməklə qurtardı. Və bu günlərdə ona aid olan daha 3 obyekt məmurlardan birinin ixtiyarına veriləcək».


Geri qayıt