Əsas Səhifə > Partiya > TƏLƏBƏLƏR BAKIDA MİTİNQ KEÇİRƏCƏK
TƏLƏBƏLƏR BAKIDA MİTİNQ KEÇİRƏCƏK18-02-2013, 12:56 |
27 FEVRALA AKSİYA TƏYİN OLUNDU Fevralın 27-si Bakıda “Tələbə etirazı” günü elan edilib. Qaynar.info xəbər verir ki, artıq iki gündür bununla bağlı Facebook sosial şəbəkəsində qruplar yaradılıb. Aksiyanı təşkil edənlər tələbələri tədris ilinin bir günündə dərsə getməməyə çağırıblar: “Bizə küçədə etiraz etməyə icazə vermirlərsə, biz də evdən çıxmadan etiraz edəcəyik. Tələbələri ilin bir günü də olsa, birləşməyə və haqqımızı tələb etməyə səsləyirik. Gənc və təhsilli nəsil! Hər şey bizlərdən başlamalı, proseslərə biganə qalmayaq. Bizə təhsil lazımdı! İstər özəl, istərsə də dövlət universitetlərində oxuyan razı və narazı hər bir tələbəyə duyururuq səsimizi. Təyin etdiyimiz tarixdə heç bir tələbə dərsə girməsin. Bu qədər bəsit, bu qədər qəliz. Bununla da biz Azərbaycan təhsilinə etiraz eştmiş olacağıq”. Gunxeber.com-un məlumata artıq bu kampaniyaya xeyli sayda gənc qoşulub və 27 fevral etirazına ciddi hazırlıq gedir. Məlumatlara görə, artıq universitetlərdə bununla bağlı qruplar yaradılıb və onlar tələbələr arasında fəal iş aparırlar. Bu kampaniyanın böyük bir tələbə hərəkatına çevrilməsi perspektivi var. Bu barədə Gunxeber.com-a danışan prosesdən xəbərdar gənclər fevralın 27-nin Azərbaycanın tarixinə böyül bir tələbə hərəkatının başlandığı gün kimi düşəcəyini iddia edirlər. Geri qayıt |