Əsas Səhifə > Partiya, Manşet > İSLAM PARTİYASINDAN QOPMALAR OLACAQ
İSLAM PARTİYASINDAN QOPMALAR OLACAQ25-11-2011, 11:56 |
«ELƏ BAŞA DÜŞMƏSİNLƏR Kİ, BU, HAKİMİYYƏTİN SİFARİŞİDİR» DİA.AZ: - Son günlər İranla Azərbaycanın münasibətlərinin gərilməsi və eləcə də iranlı ayətullahların fətvası ilə yazıçı Rafiq Tağının qətlə yetirilməsi ölkə içində vəziyyətin gərginləşməsinə nədən olub. Artıq sosial şəbəkələrədə və eləcə də qəzet səhifələrində aparılan polemikaların ruhundan da belə bir ovqat yaranır ki, yaranmış situasiya ölkənin dindar cameəsi üçün heç də ürəkaçan olmayacaq. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasını bilgiləndirən Azərbaycan İslam partiyasındakı qaynağımız qeyd edir ki, artıq onlar özlərinə qarşı yeni basqıların start götürəcəyindən ehtiyatlanırlar: «Bu partiyada olanların hamısı İrana bağlı adamlar deyil ki? Kifayət qədər Azərbaycana bağlı olan dindarlar da var. Amma hədəfə hamımız birgə çevriləcəyik». Mənbə bildirir ki, İslam Partiyasının üzvləri artıq hücumlarla bağlı məlumatlandırılıblar: «Rəhbərlik məlumatlandırılıb. Təbii ki, burada Tehrandakı qaynaqlar rol oynayıb». Redaksiyamızın «Rəhbərliyinizin İrana bağlı olduğunu bilə-bilə həmin partiyada qalmaqdan niyə imtina etmirsiniz» sualının cavabında mənbəmiz bildirdi ki, artıq belə bir fikirləri var: «Partiyada təxminən 100-ə yaxın dindar var ki, AİP sıralarını tərk etmək barədə düşünür. Sadəcə olaraq, bunu indiki ərəfədə etmək istəmirik. Çünki bundan hakimiyyət yararlana bilər. Və elə təqdim edərlər ki, guya bizi hakimiyyət ələ aldı. Amma biz inncımıza bağlı adamlarıq və buna görə də istefalarımızı bir qədər sonraya saxlamışıq». Geri qayıt |