Əsas Səhifə > Sosial, Manşet > İRANDAN DAHA BİR İTTİHAM

İRANDAN DAHA BİR İTTİHAM


25-11-2011, 12:11
İRANDAN DAHA BİR İTTİHAM

FARS MƏTBUATI AZƏRBAYCAN-PKK ƏLAQƏLƏRİNDƏN YAZIR

DİA.AZ: - İran Azərbaycan əleyhinə təbliğatını davam etdiri. Neçə müddətdir ki, fars-molla rejiminin təbliğat maşını Azərbaycan iqtidarı ilə terrorçu kürd təşkilatlarının əlaqələri haqda iddialar səsləndiri.

"Arannews"in məlumatına əsasən, PKK və PJAK-ın Gəncədə hüzuru xəbərinin yayılması ardınca Gəncə əhalisindən bəziləri telefon bağlantısı ilə Azərbaycan Respublikası dövlət orqanları və təhlükəsizlik qüvvələrinin yüksək rütbəli şəxslərinin Gəncənin “Ramada” hötelində PJAK rəhbərləri ilə görüşdüklərinin şahidi olduqlarını bildirdilər.

Məlumatda deyilir: “Bəziləri də Aran xəbər agentliyinə öz açıqlamalarına görə təşəkkür edərək bildirdilər ki, hər bir gəncəli PKK və PJAK qüvvələrinin Gəncənin hansı məntəqəsində yerləşdiyini çox yaxşı bilir. Gəncənin iqtisadi nəbzi onların ixtiyarındadır və Bakı başçılarına rüşvət verməklə bu şəhərin iki ticarət mərkəzinə ələ keçiriblər. Azəri olmaqları ilə yalandan öyünənlər, nə üçün bu gün Gəncənin və sabah Azərbaycanın iqtisadi nəbzi olan ticarət mərkəzlərini onların ixtiyarında qoyurlar?

Bu günləri Azərbaycan Respublikası cavab verməlidir ki, PKK terrorçu təşkilatının ikinci şəxsinin AR-na səfərini gizli saxlamaq, bu ölkənin bəzi rəsmilərinin terrorçu təşkilatları dəstəkləməsi deyilmi?

Xatırladaq ki, PKK terrorçu təşkilatının ikinci şəxsi Murat Karayel keçən ilin sentyabrında AR paytaxtı Bakı şəhərinə səfər etdi və Hyatt Regencyhotelində AR rəsmisi və sionist rejiminin Bakıdakı səfirliyinin yüksək vəzifəli bir diplomatı ilə görüşdü. Bundan sonra PKK rəhbəri Bakıda silsiləli məxfi görüşlər keçirdi və hətta Bakı restoranlarının birində Azərbaycanın yüksək rütbəli rəsmisi və sionist rejiminin səfiri Artur Long ilə uzun-uzadı danışıqlar apardı.

Yuxarıdakı mətləbə diqqət etməklə Bakı dövləti (onlar Azərbaycan Respublikasını “Bakı dövləti” adlandırırlar –red.) bu suallara cavab verməlidir:

- Azərbaycan Respublikası dövlətinin İranla bu qədər ədavətinin səbəbi nədir?

- Azərbaycan Respublikası dövlət başçılarının terrorçu təşkilatlarını dəstəkləməsinin səbəbi nədir?

- Azərbaycanda yeni "Əşrəf düşərgəsi" yaradılıb?

- Azərbaycan Respublikası sionistlərin məsuliyyətini öz öhdəsinə götürmək fikrindədir?

- Dünyanın bütün ölkələri PKK və PJAK kimi terrorçu təşkilatlardan uzaq qaçdığı bir halda nə üçün Azərbaycan hökuməti bu məsuliyyəti öz öhdəsinə götürür? Bu məsuliyyətin dövlət rəsmilərinin mənafelərinin təhlükəyə düşməsi ilə əlaqəsi yoxdurmu?

Əlbəttə, təbiidir ki, PKK və PJAK-ın Azərbaycanda hüzuru sionistlərin istəyi ilə olmuşdur və onlar indiyə kimi Azərbaycan Respublikasından İranın nüvə alimlərini öldürənlərə təlim yeri kimi istifadə etdikləri kimi, bu dəfə də PKK və PJAK-ı AR-da yerləşdirməklə anti-İran və anti-din siyasətlərini davam etdirmək istəyirlər. Türkiyə-İsrail münasibətlərinin korlanması onları bu addıma daha da təşviq edib.

Əlbəttə, Bakı dövləti terrorçu qüvvələrdən istifadə edərək Azərbaycanda islamçıların fəaliyyətini zəiflədəcəyini güman edir”.


Geri qayıt