Əsas Səhifə > Sosial, Manşet > İQTİDAR SEÇKİLƏRƏ YENİ KADRLARLA GEDƏ BİLƏR

İQTİDAR SEÇKİLƏRƏ YENİ KADRLARLA GEDƏ BİLƏR


19-02-2013, 12:31
İQTİDAR SEÇKİLƏRƏ YENİ KADRLARLA GEDƏ BİLƏR
YAP-ÇI OLMAYAN ŞƏXSİN NAZİR POSTUNA GƏTİRİLMƏSİ GÖZLƏNİLİR

DİA.AZ: - Prezidentin 12 fevral müşavirəsində etdiyi son çıxışı bir çox dairələrdə böyük ajiotaj yaradıb ki, bütün bunlar da təsadüfi deyil. Bu barədə DİA.AZ-a danışan hökumət içindəki qaynaq iddia edir ki, İlham Əliyev sərtaçıqlamaları ilə təkcə cəmiyyətin könlünü oxşamayacaq, çox ciddi proseslərə tədarük görülür.

Mənbənin söylədikləri: «Hər kəsin gözləntilərinin əksinə olaraq ilk olaraq nazirlərdən biri istefaya göndəriləcək. Artıq bu barədə qəti qərar verilib. Onun ardından isə Prezident Administrasiyasının sturturlarında yeniliklər həyata keçiriləcək. Daha sonra isə icra başçıları ilə bağlı yeni ələmə dalğası start götürəcək».

Bir sözlə, prezidentin keçirilməsi nəzərdə tutulan prezident seçkilərinə çox ciddi kadr islahatları həyata keçirərək qədəm basma niyyətində olduğunu bildirən mənbəmiz əlavə etdi ki, istefaya göndəriləcək nazirin yerinə təyin ediləcək şəxs hakim partiyanın üzvü deyil: «Bu hadisənin özü də maraqlı bir gediş kimi qəbul oluna bilər».

Geri qayıt