Əsas Səhifə > Güney Press, Araşdırma > DAHA BİR İCRA BAŞÇISINA QARŞI AKSİYA OLA BİLƏR

DAHA BİR İCRA BAŞÇISINA QARŞI AKSİYA OLA BİLƏR


19-02-2013, 12:42
DAHA BİR İCRA BAŞÇISINA QARŞI AKSİYA OLA BİLƏR
ZAKİR FƏRƏCOV CAMAATI BEZDİRİB

Azərbaycanda son dönəmlər əyalətlərdə etirazlar yüksəlməyə başlayıb. İsmayıllı hadisələri isə digər rayonlar üçün presedent rolunu oynamaqdadır. Artıq Zaqatala və İmişlidə də aksiyalar keçirilib, digər rayonların da zaman içində ayağa qalxacağı gözlənilir.

TİA.AZ xəbər verir ki, bu günlərdə daha bir rayonda etiraz aksiyası gözlənilir. Sosial şəbəkələrdə yayılmış məlumatlarda vurğulanır ki, yüzlərlə narazı şəxs bu gün Abşeron rayon İcra Hakimiyyətinin binası qarşısında toplaşmaq qərarı veriblər. Məlumatda deyilir ki, etiraz mitinqi Xırdalanda reallaşacaq. Aksiyanı keçirməyi planlaşdırlanlar isə sahibkarlardır.

Belə ki, Abşeron əhalisi rayonun icra başçısı Zakir Fərəcovun fəaliyyətindən narazı olduğunu, onun yerlibazlıq etdiyini, qohumlarına şərait yaratdığı və külli miqdarda pullar yığdığını iddia edirlər.
Onu da qeyd edək ki, bir neçə gün bundan qabaq bir neçə rayon sakini saytımıza müraciət edərək Zakir Fərəcovun qanunsuzluqlarından şikayətçi idilər. Onlar bildiridilər ki, Abşeron rayonunda 3 sotdan az torpaq sahəsi olan şəxs ev tikə bilməz.

Məlumatda o da qeyd olunurdu ki, Abşeron rayonunun Xırdalan şəhərinin icra başçısı Zakir Fərəcovun birbaşa təlimatı ilə yeni qadağalar tətbiq olunub. Məlumat verən şəhər sakinləri qeyd ediblər ki, icra başısının yeni qadağası ev tikintisi ilə bağlıdır.
Belə ki, Zakir Fərəcov Abşeron rayonunda 3 sotdan az torpaq sahəsi olanlara özlərinə ev tikməyi qadağan edib. Əgər qeyd olunan həcmdən az torpağı olan şəxs ev tikməyə cəsarət edərsə, Abşeron İcra Hakimiyyətinin əməkdaşları onun yanına gələrək, tikintini dayandırmağı tələb edirlər.
Qeyd edək ki, şəhər sakinləri mövcud qadağa ilə bağlı hüquqşünaslara müraciət etmək qərarına gəliblər. Onlar bu qadağanın qanunla təsbit olunub olunmadığını dəqiqləşdirmək istəyirlər. O da deyilir ki, əgər Zakir Fərəcovun bu addımı qanunla tənzimlənməsə, camaat İcra Hakimiyyətinin qarşısında dinc şəkildə etirazlarını bildirəcəklər.

Geri qayıt