Əsas Səhifə > Sosial, Manşet > «RONAHİ» TƏHLÜKƏLİ ƏLLƏRƏ KEÇİR

«RONAHİ» TƏHLÜKƏLİ ƏLLƏRƏ KEÇİR


25-11-2011, 12:46
«RONAHİ» TƏHLÜKƏLİ ƏLLƏRƏ KEÇİR

«TAHİR SÜLEYMANIN KÜRD TERRORÇULARI İLƏ DƏRİN ƏLAQƏLƏRİ VAR»

DİA.AZ: - Bir müddət əvvəl mətbuatda belə bir məlumat yayıldı ki, 1983-cü ildə SSRİ Mədəniyyət Nazirliyinin daxili əmri ilə Azərbaycanda Naxçıvan ərazisində yaradılmış «Ronahi» Kürd Mədəniyyət Mərkəzində rəhbər dəyişikliyi baş verir.

Bu barədə yayılan xəbərlərdə qeyd olunurdu ki, quruma rəhbərlik edən Kamil Həsənovun səhhətində problemlər var. Bildirək ki, artıq redaksiyamıza yeni məlumatlar daxil olub.

«Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) qurumdakı qaynaqlardan ötürülən informasiyada bildirilir ki, Kamil Həsənov ağır şəkər xəstəsidir və onun bir ayağı bu yaxınlarda əməliyyat nəticəsində kəsilib: «Bu səbəbdən «Ronahi»nin fəaliyyəti faktiki olaraq mövcud deyil».

Mənbəmiz onu da bildirdi ki, Kamil Həsənov KMM-nə rəhbərlik etsə də, ölkədə separatçı kimi tanınmayıb: «Məlumdur ki, «Ronahi»yə «Diplomat» qəzetinin baş redaktoru Tahir Süleymanın rəhbər gələcəyi söylənilir. Tahir Süleyman isə tam separatçıdır və o, bu gün də nəşr etdirdiyi qəzetində açıq şəkildə Azərbaycanın və Türkiyənin əleyhinə materiallar yerləşdirir».

Məlumatlara görə, əgər Tahir Süleyman «Ronahi» rəhbərliyini ələ keçirməyə müvəffəq olsa, təhlükəli mənzərə də yarana bilər: ««Diplomat»ın rəhbərinin İraqdakı kürd liderlərlə, eləcə də PKK terror təşkilatının ayrı-ayrı tanınmışları ilə dərin əlaqələri var. Belə bir əlaqələrə malik olan şəxsin bu statusda fəaliyyəti təhlükəlidir. Amma ondan fərqli olaraq Kamil Həsənov Azərbaycan dövlətçiliyinə bağlı olan şəxsdir».


Geri qayıt